“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqadakı fasilə ilə əlaqədar avqustun 30-da Kislovodska təlim-məşq toplantısına yolanacaqdınız. Bu səfərədən imtina etməyinizə səbəb nə oldu?
- Həmin məkan bizim məşq proseslərinə uyğun gəlmədi. Oradakı meydançalar da istədiyimiz kimi deyil. Həmçinin həmin yerdə bir çox digər komanda da məskunlaşıb. Məhz bu və digər səbəblərdən təlim-məşq toplantımızı Lənkəranda keçmək qərarına gəldik.
- Komandaya yeni transfer etdiyiniz legionerlər - hücumçu Dmitrios Sialmas və sol cinah müdafiəçisi Vanderson Skarduelli haqda nə deyə bilərsiniz?
- Onlarıb oyununu canlı görməmişəm. Yalnız bir çox çıxışlarını disk vasitəsiylə izləmişdim. Bundan əlavə həmin futbolçuların məşq prosesini də baxmışam. Onlar xoşuma gəldi. Dmitrios Sialmas komandaya sabah qoşulacaq. Düşərgəmizə bir qədər gec gəlməsi pasportunun vaxtınını bitməsi ilə əlaqədər idi. Digər futbolçu Vanderson Skarduelli artıq komandayla birgə məşqlər edir.
- Sizcə, bu futbolçular komandanızdakı boşluqları doldura biləcəklərmi?
- Onlar peşəkardılar. Düşünürəm ki, istədiyim nəticəni ala biləcəyəm. Bundan əlavə daha iki futbolçunu da komandaya cəlb edəcəyik. Yaxın zamanda onların gəlişini gözləyirik.
- Yolunu gözlədiyiniz futbolçular hansı ölkə təmsilçisidi?
- İstəmirəm ki, hələ bu barədə açıqlama verəm. Qoy, gəlib çıxsınlar ki, sonra hər şeyi danışaq.
- Niyə məhz Yunanıstan çempionatında çıxış edən futbolçuları gətirməyə qərar verdiniz?
- Mən sırf Yunanıstan çempionatından oyunçu gətirmək qərarına düşməmişdim. Sadəcə, bu futbolçuların çıxışını bəyəndiyim üçün belə addım atdım. Həmin futbolçulardan biri əslən brazilyalıdır. Vanderson Skarduelli əvvəllər Brazilyanın “Korintians” və İtaliya A seriyasında mübarizə aparmış “Siena” kimi komandalarda forma geyinib. Bu da onun səviyyəsindən xəbər verir. Vanderson hələ cavandır, cəmi 27 yaşı var. Onun bizə çox xeyiri dəyəcək.
- “Qarabağ”dan Rauf Əliyevin “Xəzər Lənkəran”a transferi niyə baş tutmadı?
- Raufun məsələsi yəqin ki, qış transferinə qaldı. Bilmədim, sonda nə oldu. Raufun transferi alınsaydı, yaxşı olardı.
- Futbolçunun özüylə şəxsən söhbət etmişdiniz?
- Bəli, danışığımız olmuşdu. Lənkəran klubuna keçməyə özü də razı idi.
- Keçən mövsüm zəif təsir bağışlayan, Premyer Liqada cəmi dörd qola imza atan Rauf Əliyevi transfer etmək istəyiniz riskli deyildimi?
- Rauf çox gənc və hər kəsin yaxşı tanıdığı səviyyəli bir hücumçudur. O, qol vurdu-vurmadı, faydalı futbolçudur. O, rəqib müdafiəçiləri daim təziq altında saxlayır.
Əli HƏYATİ
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq