“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsi
- Avroliqanın pley-off mərhələsinin ilk oyununda “Apoel”lə 1:1 hesabı ilə bərabərə qaldınız. Bu nəticəni səfər üçün qənaətbəxş hesab edirsiniz?
- Qalib gəlməli olduğumuz oyun heç-heçə yekunlaşdığından hesab məni qane etmədi. Ona görə də, sərfəli nəticədən danışmaz olmaz.
- Bakıdakı oyundan sonra rəqibinizi tam analiz etdiyinizi söyləmək olar?
- Biz hələ ilk görüşdən əvvəl də bunu etmişdik.
- Səfər öncəsi komandanızın psixoloji durumu hansı səviyyədədir? Futbolçularınız öz qələbələrinə nə dərəcədə inanır?
- “Apoel” öz meydanında çox güclü oynayır. Lakin biz Kiprə ona görə getmirik ki, məğlub olaq.
- İlk görüş müdafiədəki problemlərinizin qaldığını bir daha göstərdi. Bununla bağlı nə kimi tədbirlər görürsünüz?
- Hazırda bu çatışmazlıqlar üzərində işləyirik.
- Qapıçınız Saşa Stamenkoviçin səhvindən sonra siz onun üzərinə gedərək etirazınızı bildirdiniz.
- Saşa Stamenkoviçin həmin anda səhv etməyə ixtiyarı yox idi. Mən “Apoel”lə oyundan sonra bu futbolçunu danışdırmıram.
- Lakin buraxılan qolda qapıçıyla yanaşı brazilyalı müdafiəçiniz Bruno Bertuççinin də səhvi vardı...
- Bertuççi gözləmirdi ki, Saşa topu tuta bilməyəcək. Lakin ona da öz xəbərdarlığımı etmişəm.
- “Neftçi”nin sabiq kapitanı Rail Məlikov “Qarabağ”kı məşqlərdən məmnun qaldığını və əsl məşqin necə olduğunu məhz bu klubda gördüyünü bildirib.
- Mən Rail Məlikovdan bu sözləri gözləməzdim. Ona deyərdim ki, bir çönüb arxaya da baxsın. Mənə Rail Məlikovun hörmət qoymağı lazım deyil. O, “Neftçi” klubuna gələndə kim idi? O, kiminsə kölgəsində Rail Məlikov idi. İndi kölgə üstündən çəkiləndən sonra necə olacaq bunu hamımız görəcəyik. Daha başqa söz tapa bilmirəm.
- Gəlin, yenidən “Apoel”lə qarşılaşmaya qayıdaq. “Neftçi”nin mərhələ adlamaq şanslarını necə görürsünüz?
- Axı, “Apoel” hansı keyfiyyətlərinə görə bizdən güclüdür?
- Əvvəla rəqibin avrokubok təcrübəsi çoxdur, son mövsümdə Çempionar Liqasında 1/4 finala qədər gəliblər. İlk görüşdə bir neçə əsas oyunçusu oynamadı. Nəhayət, cavab görüşünü öz meydanlarında keçirəcəklər.
- Siz “Neftçi”nin potensialına yaxşı bələd deyilsiniz. Mən Bakıda yarımçıq qalmış mübarizəni davam etdirməyə gedirəm. “Apoel”i keçə bilsəm, Azərbaycan futbolunda yeni səhifə açacağam.
- İlk oyundan fərqli olaraq, heyətdə dəyişiklik edəcəksiniz?
- Bunu açıqlaya bilmərəm. Çünki komandanın sirridir.
Əli HƏYATİ
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı