“Karvan”ın və “Xəzər Lənkəran”ın sabiq futbolçusu Yakuba Bamba Qol.Az-a müsahibə verib
- Yakuba, necəsən, işlərin necə gedir?
- Hər şey qaydasındadır, yaşayırıq özümüz üçün.
- Azərbaycanı xatırlayırsan?
- Əlbəttə. Heç Azərbaycanı unutmaq olar? Orada çox gözəl günlərim keçib.
- Yəqin ki, “Karvan”ın karyeranda xüsusi yeri olub?
- Şübhəsiz. “Karvan” mənim Azərbaycandakı ilk klubum oldu. Həmin vaxt super komandamız var idi. Baxmayaraq ki, yeni yaranmış komanda idi, amma iki il ard-arda ilk “üçlüy”ə düşməyi bacardıq. Bu mənada, “Karvan”ın karyeramda xüsusi yeri var.
- Sonra “Xəzər Lənkəran”a keçdin. Bu komanda yaddaşında necə qalıb?
- “Xəzər Lənkəran” da yaxşı komanda kimi yaddaşımda qalıb. Güclü maliyyəsi, heyəti və azarkeşləri var idi. Heyf ki, zədələr tam gücümlə oynamağa imkan vermədi. Ancaq istənilən halda bu komandanı da xoş mənada xatırlayıram.
- Yəqin, xəbərin oldu, “Xəzər Lənkəran” Avropa Liqasında “Lex”ə uduzaraq, mübarizəni dayandırdı...
- Bəli, xəbərim oldu və buna görə çox üzüldüm. Ancaq dünyanın sonu deyil. “Lex”lə oyunda təcrübəsizlik mərhələ keçməyə mane oldu. Avropa səviyyəli oyunlarda ələ düşən imkanlardan maksimum istifadə etmək lazımdır. Artıq irəli baxmaq lazımdır. Mən inanıram ki, Yunis Hüseynov “Xəzər Lənkəran”a böyük uğurlar qazandıracaq. Onunla “Karvan”da işləmişəm və gücünə bələdəm.
- “Xəzər Lənkəran”la bərabər “İnter” də mübarizəni dayandırdı. Ancaq onlar daha zəif “Asteras”a uduzdular...
- Bilirsiniz, Azərbaycan futboluna yaxşı sərmayə qoyulur. Bunun qarşılığını vermək lazımdır. Birinci mərhələ keçmək uğur sayılmamalıdır. Çünki biz o mərhələni “Karvan”la 2006-cı ildə keçmişik, yəni, 6 il qabaq. Avropa Liqasının qrupunda oynamaq istəyən komanda “Asteras”ı keçməli idi.
- Azərbaycandakı yaxınlarınla əlaqə saxlayırsan?
- Bacardıqca dostlarımla internet vasitəsilə əlaqə saxlayıram, hal-əhval tuturam. Burdan da bütün dostlarıma, azərbaycanlı azarkeşlərə salam göndərirəm.
Anar XANLAROV
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq
La Liqa klubunun yeni baş məşqçisi açıqlandı