Rəşad Sadiqov: "Hapoel"lə oyunda sevinən tərəf biz olacağıq"

Rəşad Sadiqov: "Hapoel"lə oyunda sevinən tərəf biz olacağıq"
MÜSAHİBƏ 29 İyul 2012 / 01:40 4335
-  A +

“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqovun Qol.Az saytına müsahibəsi

- Çempionlar Liqasında səfərdə “Zestafoni”ylə 2:2 hesabıyla bərabərə qalaraq ikinci mərhələyə adladınız. Bu qarşılaşma barədə nə deyə bilərsən?

- İlk qarşılaşmada 3:0 hesabıyla qələbə qazanaraq Gürcüstana getmişdik. Ola bilsin ki, oyuna bir az rahat çıxmışdıq. Elə buna görə də 20 dəqiqədə artıq 0:2 hesabıyla məğlub olurduq. Lakin bütün bunlara baxmayaraq, iki qol vuraraq hesabı bərabərləşdirdik.

- Hesab 0:2 olanda heç fikirləşdinmi ki, artıq mərhələ keçmək şansınızın üstündən xətt çəkilə bilər?

- Düzdü, bir az komandada təlaş yarandı. Çünki fikirləşdik ki, bir top da buraxsaq, istəmədiyimiz şey başımıza gələ bilər. Yaxşı ki, özümüzü toparlayaraq, hücuma atıldıq. Vobay bu qollardan birinin əvəzini çıxmağı bacardı. Şükürlər olsun ki, hər şey bizim üçün yaxşı qurtardı.

- Növbəti mərhələdəki rəqibiniz İsrailin "Hapoel" (İrona Kiryat) komandası olacaq. Onlara qarşı oyunda şanslarınızı necə dəyərləndirirsən?

- Onların cəmi bir oyununa baxmışam. O da Slovakiyanın “Jilina” klubu ilə təkrar qarşılaşmasına. Həmin qarşılaşmada İsrail komandası demək olar ki, tək qapıya oynayırdılar. Yəni, oyunboyu üstün tərəf elə İsrail komandası idi. Görünür, çox sürətli və texnikalı komandadır. Lakin “Neftçi” də zəif komanda hesab edilmir. Bizim də potensialımız yüksəkdir. İnşallah, rəqibi yaxşıca analiz edərək zəif tərəflərini öyrənməyə çalışacağıq. İnanıram ki, sevinən tərəf biz olacağıq.

- Dünən Avropa Liqasında təmsilçilərimizin çıxışları haqda nə deyə bilərsən? “Xəzər Lənkəran” rəqibinə minimal hesabla məğlub olsa da, “İnter”in yenə penaltilərdə bəxti gətirmədi?

- Əvvəla onu deyim ki, hər iki klubumuz yaxşı təsir bağışladılar. Baxmayaraq ki, “İnter” səfərdə güclü bir kluba qarşı oynayırdı. Lakin sona qədər mübarizə apardı. Sadəcə, penalti seriyasında bəxtləri gətirmədi. Bu da başa düşüləndir ki, penaltilər lotareya kimi bir şeydir. “Xəzər Lənkəran” isə qapısında erkən qol buraxsa da, sonradan özlərini toparlayaraq oyunlarını bərpa etdilər. Lakin “Lex”in təcrübəsi və oyun tərzi “Xəzər Lənkəran”ı qapılarına yaxınlaşmasına imkan vermədi. Lakin bu bir futboldur. Avrokuboklarda tək ümidimiz “Neftçi”yə qalıb. İnşallah, çalışacağıq ki, bu ümüdü doğruldaq.


Əli HƏYATİ

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu