“Xəzər Lənkəran” klubunun transferə çıxardığı qapıçısı Kamran Ağayevin Qol.az saytına müsahibəsi.
- Transferə çıxarıldığını nə vaxt eşitdin?
- Hardasa, yarım saat bundan əvvəl öyrəndim. Dedilər ki, səni satışa çıxarıblar.
- Bunu hiss edirdin, yoxsa hər şey gözlənilmədən oldu?
- Bu barədə heç bir şey düşünmürdüm. Sadəcə, bu gün çağırıb dedilər ki, məsələ belədir.
- Bəlkə, dünən “Lex”lə qarşılaşmada buraxdığın qolda səhvin olduğu üçün belə ediblər?
- Peşəkar klub bir qola görə qapıçıya qarşı bu cür hərəkət etməz. İstənilən qolda qapıçının səhvi olur. Qapıçını qapıya top tutmaq üçün qoyublar da. “Lex” intizamlı və güclü bir komandadır. Qapımıza vurduqları qoldan başqa, 1-2 epizodları oldu ki, fərqlənə bilmədilər. Ancaq bizim də, 1-2 real qol imkanlarımız oldu ki, istifadə edə bilmədik. Futbolda belə hallar olur. “Lex” ağıllı komandadır və nə etdiyini gözəl bilir. Biz özümüz də, çox zəif çıxış etdik. Əslində hər şeyi Lənkəranda həll etməliydik.
- Artıq “Xəzər Lənkəran”da çıxış etməyəcəksən. Bundan sonrası ilə bağlı nə düşünürsən?
- Hələ ki, yarım saatdı klubdan ayrılmışam. Odur ki, bu haqda heç nə düşünməmişəm.
- Azərbaycandan kənarda çıxış etmək istəyirsən, yoxsa, elə vətənində?
- İnşallah, müəyyən problemləri yoluna qoysam, xaricdə oynamaq istəyirəm.
- Uzun illər formasını geyindiyin və sadiq qaldığın klubundan belə rəftar sənə necə təsir etdi?
- Nə deyim Valah, həyatda hər şey olur. Müqavilə bağlamışdıq və istəyirdim ki, oynayım. Belə baxanda, əvəzolunmaz futbolçu yoxdur. “Xəzər Lənkəran”a ancaq uğurlar arzulayıram.
- Klubun prezidenti Mais Mənsimovla söhbətiniz olub?
- Onunla hələ görüşməmişəm. Yəqin ki, klubun prezdentindən icazəsiz belə qərar verməzlər və təbii ki, onun hər şeydən xəbəri var. Bu məsələ iclaz zamanı qəbul olunub.
- Bəs, baş məşqçi Yunis Hüseynovun məsələyə münasibəti necə oldu?
- Tez-tez zəng edən insanlar, indi telefon zənglərimə cavab vermirlər. Eybi yox. Hər birinə uğurlar arzulayıram.
Əli HƏYATİ
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026
Azərbaycan güləşçiləri Xorvatiyada 2 medal qazandı
"Qəbələ" üç futbolçu ilə yolları ayırdı
Messi bu oyunu buraxacaq