Milli komandamızın sabiq baş məşqçisi, uzun illər İsraildə futbolçu kimi çıxış edən Sahin Diniyev Çempionlar Liqasında “Neftçi”nin “Zestafoni”yə qarşı oyunu, eləcə də İsrail çempionuyla keçirəcəyi matçla bağlı Qol.Az saytına müsahibə verib
- Əvvəlcə “Neftçi”nin dünən “Zestafoni”ylə görüşü haqda fikirlərinizi bilmək istərdik.
- Onsuz da hələ birinci qarşılaşmadan sonra “Neftçi” mərhələnin taleyini yetmiş fazi həll etmişdi. Lakin rəqiblərinə qarşı bir qədər diqqətlə yanaşmalıydılar. İlk dəqiqələrdə “Zestafoni”yə ciddi yanaşmadıqları üçün qapılarından iki top buraxdılar. Lakin sonradan özlərini toparlayaraq, oyunlarını bərpa etdilər. Ümumiyyətlə, “Neftçi”nin səviyyəsi və potensialı “Zestafoni”dən çox idi. Bunu həm futbolçuları, həm də komanda baxımından söyləmək olar. Başqa sözlə, “Neftçi”nin mərhələ adlaması təsadüfi deyil.
- Hesab 2:0 ev sahiblərinin xeyrinə olanda heç sizdə belə bir hiss yarandımı ki, “Neftçi” mərhələni keçə bilməyəcək.
- Mən həmin oyunu canlı olaraq izləyə bilmədim. Yəni, nəticənin necə olduğu haqda sonradan öyrəndim. Əvvəlcədən də söyləmişdim ki, hesab ya heç-heçə olacaq, ya da “Neftçi” birtop fərqiylə uduza bilər. Komandanın belə futbolçularla mərhələni keçməməsi günah olardı.
- Artıq “Neftçi”nin üçüncü mərhələdəki rəqibi bəllidir. Bu, İsrailin “Hapoel” (İroni Kiryat-Şmona) komandasıdır. Bir vaxtlar İsrail çempionatında futbolçu həyatı yaşamış şəxs kimi bu ölkənin futbolu haqda fikirlərinizi bilmək maraqlı olardı.
- İsrail milli komandası dünya və Avropa çempionatlarının final mərhələlərində yaxşı təsir bağışlayırlar. O ki qaldı klublarına, əla potensiala malik komandaları var. Mənim vaxtlarımda, 90-cı illərin ortalarında “Hopael” və Makkabi” klubları çempionatda hegemonluq edirdilər. Adətən, məhz bu komandalar çempion olurdular. O vaxt indi “Neftçi”nin rəqibi olab “İroni Kiryat” təzə yaranan klublardan biri idi, 1-ci və ya 2-ci dəstədə çıxış edirdilər. İsrailin şimalında yerləşən kiçik bir şəhəri təmsil edirlər. Yəni, futbol şəhəri deyil. Çox güman ki, böyük bir sponsor tapıblar və yenidən komandanı bərpa ediblər. Dünən mən onların “Jlina” klubuyla oyunun birinci hissəsini izlədim. İsrail təmsilçisi çox gözəl təsir bağışlayırdı. Orta və qısa ötürmələr hesabına texniki futbola üstünlük verirlər.
- “Neftçi”nin rəqibinin oyunu inkişaf etmiş ölkənin futbol üslubuna bənzəyir?
- İspaniya futboluna daha yaxındır. Daha çox topla və kompakt şəkildə oyuna üstünlük verirlər.
- Bəs, “Neftçi” rəqibinin hansı keyfiyyətlərindən daha çox ehtiyat etməlidir?
- İlk növbədə onu deyim ki, “Neftçi”ni çox çətin bir oyun gözləyir. Yəni, bu rəqib “Zesrafoni” deyil. Əksinə səviyyələri gürcülərdən qat-qat güclüdür. Ona görə də “Neftçi” rəqibini daha yaxşı analiz etməlidir. Deyək ki, taktiki gedişdə dəyişiklik edərək, rəqiblərini aldatmağa çalışmalıdırlar. Kağız üzərində İsrail təmsilçisi “Neftçi”dən bu gün güclü hesab olunur. “Neftçi” rəqibin mövqe hücumlarının qurulması və standart vəziyyətlərinə daha çox diqqət yetirməlidir. İsrail komandasının 10 nömrəli futbolçusu (hücumçu Barak Badaş nəzərdə tutulur – red.) belə vəziyyətlərdən çox məharətlə istifadə etməyi bacarır. Bu futbolçu yaxşı cərimə zərbələri vurur. Gücə yox, aldadıcı zərbələrə malikdir. Rəqib daha çox qısa və orta ötürmələr hesabına üstünlük əldə edir.
- Bildiyimiz kimi, İsraildə Bakıdan köçmüş xeyli yəhudi yaşayır. “Neftçi”nin səfər oyununda onlardan dəstək gözləmək olarmı?
- Mən orada yaşayanda həmin adamların Azərbaycana necə bağlı olduqlarını görmüşəm. Bu insanlarda hələ də Azərbaycana isti münasibət qalmaqdadır. İnanıram ki, təkcə İsraildə yaşayan ən azı yüz nəfər stadionda “Neftçi”yə azarkeşlik edəcək.
- Ümumilikdə, “Neftçi”nin şansını necə görürsünüz?
- Real görününlər heç də hər zaman həyata keçmir. Fərq odur ki, İsrail komandası bu gün “Neftçi”dən güclüdür. Lakin onlar Avropa nəhəngi sayılmır və keçilməz deyillər. Ancaq İsrail təmsilçisini keçmək üçün çox güc sərf olunmalıdır. Bir sözlə, çox çətin olacaq.
Əli HƏYATİ
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar