UEFA Çempionlar Liqasının 2026-2027-ci illər mövsümünün reqlamenti açıqlanıb.
QOL.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, yarış ötən il olduğu kimi keçiriləcək. Bu dəfə də ilkin və əsas mərhələnin oyunları mini-turnir şəklində baş tutacaq. Oyunlar qrupda yer alan klublardan birinin təmsil etdiyi şəhərdə keçiriləcək. Milli komandaların son reytinq cədvəlində (aprel) ilk “4-lük”də yer alan ölkələrin hər biri 2 klubla təmsil olunacaq. Rusiya cəzalı olduğuna görə, Portuqaliya, İspaniya, Qazaxıstan və Ukrayna bu hüquqdan yararlanacaq. Əsas mərhələdə komandalar yenə A və B yolunda yarışacaqlar.
İlkin və əsas mərhələnin püşkü: 8 iyul
İlkin mərhələnin oyunları: 25-30 avqust
Əsas mərhələnin oyunları: 27 oktyabr – 1 noyabr
1/8 və 1/4finalın püşkatması: 4 noyabr
1/8 final oyunları (ev və səfər): 23 noyabr, 4 dekabr
1/4 final oyunları (ev və səfər): 8 və 19 fevral 2027
Final: 6 və ya 7 // 8 və ya 9 may 2027
İlkin mərhələ
Aşağı reytinqli komandalar oyunlara bu mərhələdən başlayacaqlar. İştirakçıların sayından asılı olaraq qruplarda 4 və ya 3 komanda yer alacaq. Mini-turnirin qalibləri (saydan asılı olaraq ən yaxşı ikinci yerin sahibi də ola bilər) əsas mərhələyə vəsiqə qazanacaq.
Əsas mərhələ
A yolu
Reytinq cədvəlinin 1-11 və 16-19-cu yerlərində qərarlaşan klublar burada mübarizə aparacaqlar. Hər birində 4 iştirakçı olacaq. İlk 3 yeri tutan klublar 1/8 finala yüksələcək.
B yolu
12-15-ci və 20-ci pillədən başlayaraq aşağı reytinqli, həmçinin ilkin mərhələdən vəsiqə qazanacaq klublar 4 qrupda mübarizə aparacaqlar. Ancaq birinci yeri tutacaq 4 klub 1/8 finalda iştirak edəcək.
1/8 final
Ötən mövsüm ilk dəfə tətbiq edilən və elit raundu əvəz edən bu mərhələdə komandalar evdə və səfərdə qarşılaşacaqlar. İki oyunun ümumi nəticəsinə görə üstün olan tərəf ¼ finala adlayacaq.
1/4 final
Burada da şərtlər dəyişməyəcək. Eyni rəqiblər evdə və səfərdə üz-üzə gələcəklər. Yekunda üstünlük qazanan tərəf final mərhələsinə yollanacaq.
Qeyd edək ki, ölkəmizi UEFA Çempionlar Liqasının yeni mövsümündə də “Araz-Naxçıvan” təmsil edəcək. Komandamızın mübarizəyə əsas mərhələdən başlayacağı gözlənilir.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi