Azərbaycan millisinin sabiq üzvü, “Qarabağ”ın yarımmüdafiəçisi Emin İmaməliyev Qol.Az saytına müsahibə verib.
- “Qarabağ”la yeni müqavilə imzaladın. Öncə bundan başlayaq, necə oldu ki, Ağdam klubunda qalası oldun?
- Çempionat başa çatandan sonra danışığımız oldu, təbii ki, baş məşqçi Qurban Qurbanov olduğundan təklif onun tərəfindən gələ bilərdi. O da qalmağımı istədi və yeni müqavilə imzaladıq.
- Başqa klublardan təklif var idi?
- Düzü, belə söz-söhbətlər eşidirdim ki, kimsə mənimlə maraqlanır. Amma konkret təklif göndərən yox idi. Bu da elə şeydir ki, sənin qərar verməyin üçün 100% təklif olmalıdır.
- Geridə qalan mövsümü demək olar, oynamaq şansı qazanmadın. Bu mənada ola bilməzdi ki, bir qədər də gözləyərdin, bəlkə elə klubdan təklif alardın ki, orada əsas heyətdə oynamaq şansın yüksək olardı?
- Çox gözlədim amma, dediyim kimi, konkret təklif olmadı. Açığı, özüm də çox istəyirəm ki oynayım. Çünki mənim ehtiyatda oturan yaşım deyil. Düzdür, çempionatın əvvəllərində oynamaq imkanım oldu. “İnter”lə Quzanlıdakı qarşılaşmada sonradan oyuna qoşuldum. Növbəti tur isə, Gəncədə əsas heyətdə meydançaya çıxdım. Amma, qismət elə oldu ki, həmin oyunda zədələndim, bir müddət sıradan çıxdım. Sonradan da komanda yaxşı oynamağa, nəticə qazanmağa başladı. Məlum məsələdir, futbolun yazılmayan qanunlarından biri də odur ki, qalib heyəti dəyişməzlər. Yəni, zədənin də təsirini qeyd etməliyəm. Bundan başqa, bu cür məsələlərdə qərarı baş məşqçi verir və onun da qərarına hörmətlə yanaşmaq lazımdır.
- Məşqçidən söz düşmüşkən, tək-tük futbolçulardansan ki, oynadığın klublarda baş məşqçilərlə problemin olmayıb. Bu, xarakterindən irəli gəlir yoxsa, səbrli insansan?
- Dində də bu var ki, hər şey səbrin başındadır. Bir daha deyirəm, özüm də can atıram ki oynayım. Amma nə qədər istəsəm də, qərarı verən baş məşqçidir. Hər nəticəyə görə də o, cavabdehlik daşıyır. Bəzən oxuyuram, uduzduğumuz oyunlardan sonra Qurban Qurbanovu da tənqid edirlər. Amma, kənardan hər şey asan görünür. Daxildə olan insan bilir ki, Qurban müəllim nə çəkir, hansı əziyyətlərə qatlaşır. Bunlar ola-ola, əlavə problem yaratmaq nəyə lazımdı? Yenə deyirəm, baş məşqçi odursa, bütün qərarları da o verir. Futbolçu da baş məşqçinin qərarına hörmətlə yanaşmalıdır. Bir də mənim xarakterimdə yoxdur ki, özümdən böyüklə konflikt yaradım. Məşqimi eliyirəm, oynamaq istəyirəm, ümid edirəm ki, növbəti mövsümdə bu şansı qazanacam.
- Sonda bir vaxtlar şərəfini qoruduğun milli komanda haqqında da soruşmaq istərdim. Son oyunlara sənin münasibətin necədir?
- Yığmada vəziyyət ürəkaçan deyil. Əgər Andorranı da məğlub edə bilmiriksə, onda niyə oynayırıq? O günü oxuyuram Berti Foqts deyir ki, bu oyunla ancaq 2 xal yığa bilərik. Amma, mən deyirəm ki, bu oyunla heç 2 xal da yığa bilməyəcəyik. Bir də bu, mənim şəxsi fikrimdi, mənə elə gəlir ki, Foqts Azərbaycan futbolu ilə məzələnir. Bu qədər legioneri milliyə çağırmağın nə mənası var? Onsuz da bu oyunlar yoxlama xarakterlidir düzdür? Götür yerli cavanları apar, orada yoxla. Bu cür uşaqlar “Qarabağ”da da var, “Bakı”da da “İnter”də və digər klublada da. Yaponiya ilə oyunda bir futbolçu buraxıb 27 nömrə, adını da bilmirəm (Əli Gökdəmir). Hardan tapıblar, bilmirsən. İnanın ki, öz cavanlarımız ondan yaxşı oynayır.
Anar XANLAROV
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video