“Bakı”nın litvalı yarımmüdafiəçisi Deyvidas Çesnauskis Qol.Az saytına müsahibə verib
- Yəqin ki, sən də hazırda dincəlirsən?
- Elədir, hazırda Litvadayam, ailəmlə birgə dincəlirəm.
- Orada havalar necədir?
- İstidir. Təbii ki, artıq yay tamamilə öz təsirini göstərməyə başlayır, hamı dənizə hazırlaşır amma, bizim buna vaxtımız olmayacaq. Çünki tezliklə toplanışa başlayırıq.
- Səhv etmiriksə, yüngül zədən var idi. Artıq problem qalmayıb ki?
- Düzdür, zədə var idi amma, elə də ciddi deyildi. Çempionatın son oyunlarında da meydançada oldum. Artıq hər şey keçib gedib.
- “Bakı”da özünü necə hiss edirsən?
- Çox yaxşı. Artıq bu kluba, Azərbaycan futboluna uyğunlaşmışam. Ən əsası, dillə bağlı problemin olmaması da buna böyük ölçüdə yardım etdi. Bir sözlə, Bakıda özümü çox yaxşı hiss edirəm.
- Yeni gəldiyin vaxtlarda tam özünü göstərə bilməməyini məhz, uyğunlaşma prosesi ilə əlaqələndirmək olar?
- Problem təkcə bununla bağlı deyildi. Mövsümün əvvəlində zədələnməyim və bir müddət yaşıl meydanlardan uzaq qalmağım da öz təsirini göstərdi.
- Artıq Avropa Liqasındakı potensial rəqibləriniz bəlli olub. Səncə, kiminlə oynamaq daha rahat olardı?
- Bunu püşk müəyyənlədirəcək, bizim istəyimizlə deyil ki. Amma belə götürəndə indi zəif rəqib yoxdur. Kim düşür düşsün, tam gücünlə mübarizə aparmalısan. Bizim də məqsədimiz ilk mərhələni keçib yolumuza davam etməkdir. İnanıram ki, bunun öhdəsindən gələcəyik.
Anar XANLAROV
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu