“Qarabağ” klubunun futbolçusu Rauf Əliyev “İnter”lə vacib oyun öncəsi Qol.Az-a müsahibə verib.
- Rauf, sabah bəlkə də mövsümün ən vacib oyununa çıxacaqsınız. Düşərgənizdə əhval-ruhiyyə necədir?
- Yaxşıdır. Artıq Quzanlıya gəlmişik, bu gün axşam məşqə çıxacağıq. Bizi necə çətin oyun gözlədiyini gözəl bilirik. Qələbədən başqa yolumuz yoxur. Bir sözlə, hər kəs üzərində hansı məsuliyyətin olduğunu yaxşı anlayır.
- Sabahkı oyunu “Qarabağ”ın avrokuboklara vəsiqə yolundakı son şansı adlandırmaq olar?
- Məncə, hə. Həqiqətən də bu, bizim üçün son şansdır.
- Gəl, istəyirsən qısaca da olsa bir qədər əvvələ qayıdaq. İşlər yolunda gedir, istər kubokda, istərsə də çempionatda qələbələri sıralayırsınız, lider “Neftçi” ilə aradakı xal fərqi minimuma enib... Nə baş verdi, sonluq niyə belə oldu?
- Hər şey sanki arxa-arxaya gəldi. “Bakı”ya kubokdakı məğlubiyyət, ardından “Neftçi”yə məğlubiyyət. Yekunda özümüzü bu vəziyyətə saldıq.
- Günahkar kimdir?
- Elə özümüzük. Çünki çox səhvlər buraxdıq.
- Ümumiyyətlə, son illər “Neftçi” sizin üçün arzuolunmaz komandaya çevrilib. Mövsümü yüksək səviyyədə keçirib bu komanda ilə aradakı xal fərqini minimuma endirirsiniz. Ancaq şəxsi görüşlərdə məğlub olursunuz, bununla da eniş başlayır. Ötən mövsüm də bu cür oldu, bu mövsümdə.
- Həqiqətən də “Neftçi”yə qarşı son zamanlar oyunumuz heç cür alınmır. Sanki nəsə çatışmır ki, bu komandanı məğlub edək. Hələ belə hal olmamışdı ki, “Qarabağ” “Neftçi”yə ard-arda bu qədər uduzsun.
- Elə “Neftçi” ilə oyunlardan söz düşmüşkən, bir məsələyə də münasibətini öyrənmək istərdik. Son vaxtlar “Qarabağ”ın adı oyun alqı-satqısında hallanır. Xüsusən də “Neftçi” ilə oyunlarda. İlk dövrədə 2:0 öndə olduğunuz oyunu 2:3 uduzdunuz. Ötən tur isə yenə 1:0 önə keçib sonradan 1:2 məğlub oldunuz. Söz söhbətlər də məhz bundan sonra yayılmağa başladı...
- Bunlar hamısı boş söhbətlərdi. Şəxsən mən 6 ildir “Qarabağ”dayam, bir dəfə də olsun belə halla rastlaşmamışam. Sadəcə, bizim millətdə belə bir xüsusiyyət var, bir komanda digərinə ardıcıl bir neçə dəfə məğlub olursa, dərhal deyirlər ki, oyunu satıb. Olmaz axı. “Qarabağ”ın adını oyun alqı- satqısında hallandırmaq heç kimə başucalığı gətirmir.
- Şər deməsən, xeyir gəlməz. Əgər avrokuboklara vəsiqə qazana bilməsəniz, “Qarabağ”da qalacaqsan, ya digər təklifləri nəzərdən keçirəcəksən?
- Mənim hələ ki, “Qarabağ”la müqaviləm var və heç hara getmək haqqında fikirləşmirəm.
- Komanda yoldaşın Vüqar Nadirov verdiyi son açıqlamalarının birində deyib ki, “Qarabağ”sız avrokuboklar çox maraqsız olacaq. Sən də bu cür düşünürsən?
- Maraqsız olacaq deyəndə ki, bu fikri “Qarabağ” öz oyunu ilə formalaşdırıb. Hər il avrokuboklara 4 klubumuz çıxır, yalnız “Qarabağ” bir neçə mərhələ keçməyi bacarır. Odur ki, biz avrokuboklarda çıxış edəndə azarkeşlərdə belə bir inam yaranır ki, yenə nəsə edəcəyik. Əgər “Qarabağ” avrokuboklardan kənar qalsa, bax bu inam xeyli azalacaq.
Anar XANLAROV
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"