“Bakı” klubunun baş məşqçisi Novruz Əzimovun Qol.Az saytına müsahibəsi
- Bir neçə ay öncə hamı “Bakı”nın bu mövsümü boşa verdiyini düşünürdü. Lakin artıq Avropa Liqasına vəsiqəni təmin etmisiniz. Baş verənlər sizin üçün gözlənilməz olmadı?
- Yox, gözlənilməz olmadı. Çünki “Bakı”nın potensialı buna imkan verirdi.
- Maraqlıdır, Aleksandr Starkovun bərbad günə qoyduğu “Bakı”nı Novruz Əzimov qısa zamanda necə toparlaya bildi?
- Bilirsiniz, bu haqda ətraflı danışmaq istəmirəm. Çünki ən azından etik cəhətdən düzgün çıxmaz.
- Bizə sadəcə, komandanı ağır vəziyyətdən necə çıxarmağınız maraqlıdır.
- Sadəcə, futbolçularla söhbət apardım və onları inandırdım ki, gücləri ən yüksək nəticəni də qazanmağa imkan verir. Nəticə qazanmaq üçün ilk növbədə futbolçuda özünəinam olmalıdır. Həm də onlara başa saldım ki, əgər rəhbərlik komanda üçün bütün şəraiti yaradıbsa, bunun qarşılığını da mütləq vermək lazımdır.
- Bəs taktiki cəhətdən nələri dəyişdiniz?
- Təbii ki, taktiki cəhətdən də dəyişikliklər oldu. Açığı həmkarım haqqında danışmaq istəmirəm. Ancaq Starkovun vaxtında komanda müdafiə futbolu oynayırdı, daha çox arxaya qapanıb qapının toxunulmamazlığını düşünürdü, nəinki, irəli gedib qol vurmağı. Lakin mən dedim ki, qorxmayın, irəli gedin və qol vurun. Futbolçularda da elə psixologiya yaranmışdı ki, sanki hücum etməyə qorxurdular. Təbii ki, arxanı da fikirləşməlisən. Amma bütünlüklə müdafiəyə qapanmaq düzgün deyil, mən belə şeyi qəbul eləmirəm.
- Baş məşqçi kimi ilk dəfə olaraq, avrokuboklara qatılacaqsınız. Bu məsələ ilə bağlı beyninizdən nələr keçir?
- Hələ qarşıda çempionatın iki turu və kubokun finalı olduğundan bütün fikrimiz dediyim oyunlara yönəlib. Siz deyən məsələ haqqında mövsüm bitəndən sonra düşünəcəm.
- Ümumiyyətlə, heyətdə köklü dəyişikliklər olacaq, yoxsa hazırkı heyəti qoruyub saxlayacaqsınız?
- Dəyişikliklər olacaq, bu, məlum məsələdir. Ancaq onu deyə bilərəm ki, köklü dəyişikliklər olmayacaq. Çünki mən özüm də bunun əlehinəyəm. Maksimum 4 futbolçu transfer oluna bilər.
- “Bakı”nın futbolçuları həmişə öz müsahibələrində deyirlər ki, Novruz Əzimov komandada mehribançılıq ab-havası yarada bildi. Bir sözlə, futbolçularınız sizdən kifayət qədər razıdır. Bu mənada maraqlıdır, baş məşqçi kimi onlarla ilk görüşünüzdə ilk dediyiniz kəlmə nə olub?
- Az öncə özünəinam məsələsini elə belə vurğulamadım. Açığını deyim ki, komandanın psixoloji durumu heç də qaydasında deyildi. İlk növbədə bunu qaydasına saldıq. Çünki psixoloji durumu qaydasında olmayan futbolçu heç vaxt uğur qazana bilməz. Bir də bayaq qeyd etdiyim kimi, rəhbərliyin qayğısını xüsusi qabartdım. Bilirsiniz, insanda məsuliyyət və vicdan olmalıdır. Əgər sənə bu cür şərait yaradılıbsa, sənin də borcun yaradılan şəraitin qarşılığını verməkdi.
- Demək olar ki, Novruz Əzimov “Bakı”nı finala çıxarmaqla həm də sübut etdi ki, yerli məşqçilərə inanıb onlara şərait yaradanda nəticə də olur?
- (bir qədər fikirləşir) Onu necə deyim? Əcnəbi məşqçilər də işləməlidir mən onun əlehinə deyiləm. Ancaq elə nüanslar var ki, onu nəzərə almaq lazımdır. Məsələn, Valeriy Lobanovski o vaxt Ərəbistana getdi amma beynindəki sistemi orada oturda bilmədi. Sonra gəldi həmin sistemlə “Dinamo”nu (Kiyev) Çempionlar Liqasının yarımfinalına çıxardı, “Barselona” kimi nəhəngi diz çökdürdü (1997-98-ci il Çempionlar Liqasının qrup oyunu, 3:0, 4:0). Starkovun bir prinsipi var idi ki, o, bütün rəqiblərə eyni gözlə baxırdı. Ancaq mən bununla razı deyildim. Çünki hər komandaya qarşı ona uyğun taktika ilə hazırlaşmalısan. Bütün oyunlara necə eyni baxa bilərsən? Hətta ikilikdə söhbət zamanı bunu onun özünə də demişdim. Amma cavabında deyirdi ki, mənim prinsipim budur və onu dəyişməyəcəm.
- Həftəsonu XXXI tur çərçivəsində “Neftçi” ilə oynayırsınız. Rəqib çempionluğu, siz isə avrokuboklara vəsiqəni təmin etmisiniz. Belə çıxır ki, oyun hər iki tərəf üçün formal xarakter daşıyacaq...
- Xeyr, bu oyun bizim üçün prinsipial əhəmiyyət daşıyır. Çünki bu mövsüm “Neftçi” ilə üç dəfə qarşılaşmışıq və hər üçündə də məğlub olmuşuq. Odur ki, bu dəfə rəqibi məğlub etməyi qarşımıza məqsəd qoymuşuq. Həm də son turda “Qəbələ”yə 1:4 hesabıyla məğlub olmuşuq və “Neftçi”ni məğlub etməklə azarkeşlərimiz önündə bəraət qazanmış olacayıq.
- “Neftçi” ilə həm də kubokun finalında üz-üzə gələcəksiniz. Avrokuboklara vəsiqəni təmin etsəniz də yəqin ki mövsümü titulla bitirmək pis olmazdı...
- Biz də bunu çox istəyirik və ona görə də əlimizdən gələni edəcəyik ki, “Neftçi”ni məğlub edib mövsümü titulla bitirək.
Anar XANLAROV
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil