“Qarabağ” klubunun hücumçusu Vuqar Nadirovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 31-ci turunda Quzanlıda “İnter”i qəbul edəcəksiniz. Bu oyunun hazırlıqları hansı səviyyədə gedir?
- Hər bir komandada ruh düşgünlüyü ola bilər. Belə götürəndə “Barselona” və “Real Çempionlar Liqasının finalında oynamalıydı. Lakin bu, baş vermədi. İndi uğursuzluq var deyə, futbolçu karyeramızı başa vurmalı deyilik ki... Son məğlubiyyətə baxmayaraq, toparlanmağı bacardıq. Hər şey hələ qabaqdadır. Qarşıdakı oyuna çox ciddi hazırlaşırıq. Çünki ancaq sərfəli nəticə qazanmalı olduğumuzun matçın əhəmiyyətini hər kəs yaxşı dərk edir.
- Ümumiyyətlə, bu oyundan nə gözləyirsən?
- Hər iki komanda meydana uğur qazanmaq üçün çıxacaq. Həm “İnter”in, həm də bizim Avroliqaya vəsiqə qazanmaq şanslarımız var. Buna görə də bir qədər diqqətli və mübariz olmalıyıq. Çalışacağıq ki, “İnter”i məğlub edib avrokuboklara vəsiqə qazanaq. İnşallah, inanıram ki, sonda gülən tərəf biz olacağıq.
Düzdür, onlar həqiqətən özünəməxsus oyun üslubu olan komandadır. Buna görə də “İnter”ə çox ciddi yanaşırıq. Düzdü, hər şey Allahın əlindədir. Yəni, əgər qismətimizdə varsa, qələbə qazanacağıq. Unutmaq lazım deyil ki, “İnter” Quzanlıya çəğlub olmaq üçün gəlməyəcək. Onlarda ən azı uduzmamaq haqda düşünürlər. Biz də sona kimi mübarizə aparacağıq. Kiim güclüdür, o da qalib gələcək.
- Nəzərə alsaq ki, üç xal sizə daha çox lazımdır, daim hücumda olmalısınız. “İnter”i isə heç-heçə də qane edir. Məhz bu amilin müdafiənizdə tez-tez boşluqlar yaradacağı sizi narahat etmir?
- Xeyr, heç nədən qorxmuruq. Çalışacağıq ki, əlimizə düşən imkanlardan maksimum istifadə edək və bundan sonra nəticəni qorumağa çalışarıq. Həmçinin müdafiədə boşluqlar olacağını da, düşünmürəm. Çünki əsas oyunçularının çoxu artıq komandanın heyətinə qayıdıblar. Keçən tur sarı kart limiti dolduğu üçün meydana çıxma bilməyən Namiq Yusifov bu oyunda iştirak edəcək. “İnter”lə qarşılaşma bizim üçün son döyüşdür. Məncə, “Qarabağ”sız Avroliqa Azərbaycan üçün mənasız olacaq.
- Son uğursuzlar “Qarabağ” azarkeşlərinin də etirazına səbəb olub. Bu barədə nə deyərdin?
- “Qarabağ” həmin komandadır ki, üç il ard-arda Avroliqada mərhələlər adlayıb və Azərbaycan futbolsevərlərinə sevinc bəxş edib. Azərkeşlərə üzümü tutub bizə axıra qədər dəstək olmalarını istəyirəm. Gərək, komandanın pis günündə də, dəstək olasan. Yaxşı gündə hər zaman dostlar çox olur. İndiki vəziyyətdə komandanı dəstəksiz buraxmaları düzgün olmazdı. Bizdə istəyirdik ki, çempion olaq. Həmçinin də ölkə kubokunu qazanaq. Məqsədimiz bu il Çempionlar Liqasında oynamaq idi. Çünki Avroliqada bir neçə il çıxış etmişdik. Amma təəssüf ki, istədiyimiz olmadı.
- Son zamanlar “Qarabağ”ın əsas heyətində səni çox az görürük. Olmaya optimal formandan uzaq düşmüsən?
- Komanda üçün fərqi yoxdur ki, kim oynadı. Ən əsas “Qarabağ”ın qələbə qazanmasıdır. Mənim 1-2 oyun meydana çıxmamağımız vacib deyil. Baş məşqçi nə vaxt ehtimad göstərir, onda da meydana çıxıram. Optimal formama gəldikdə isə hər şey qaydasındadır.
- Deyilənə görə, əsas heyətdə daim yer ala bilmədiyinə görə “Xəzər Lənkəran”la danışıqlara başlamısan.
- Xeyr, bu şayiədən başqa bir şey deyil. İstənilən klub, istənilən futbolçunu öz komandasında görmək istəyər. Müqaviləsi olsa belə. Başqa klublardan heç bir təklif almamaışam. İnşallah, necə olacağını gələcək göstərər.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil