“Neftçi” klubunun kapitanı Rail Məlikovun Qol.Az saytına müsahibəsi
- Unibank Premyer Liqanın 30-cu turunda doğma meydanda “Qarabağ”ı qəbul edəcəksiniz. Bu oyunda iştirak edəcəksən?
- Hələlik dəqiq bilinmir. Bununla bağlı həkimlərin rəyini gözləyirəm.
- Ümumiyyətlə, bu görüşdən nə gözləyirsən?
- Bu qarşılaşmada qələbə bizə necə lazımdırsa, “Qarabağ” üçün də üç xal çox vacibdir. Onlar da çalışacaq ki, məğlub olmasınlar. Çox gərgin bir oyun olacağını əvvəlcədən zənn etmək mümkündür. Mən deyərdim ki, “Xəzər Lənkəran”la qarşılaşmadan da çətin matç olacaq. Lakin bizim üçün qələbənin daha vacib olduğunu düşünürəm. Çünki qalib gəlsək, çempionluğumuzu rəsmiləşdirə bilərik.
- Bəs, qələbə şanslarınızı necə qiymətləndirirsən?
- Məncə, şanslar əllinin-əlliyədir. Düşünürəm ki, bunu qabaqcadan demək çox çətindir.
- Əgər görüş heç-heçə başa çatarsa, bunu “Neftçi” üçün uğursuzluq adlandırmaq olar?
- Bu haqda nəsə deyə bilmərəm. Çünki necə olacağını gələcək göstərəcək. Lakin bir şey deyə bilərəm ki, qalib gəlsək də, heç-heçə olsa da, irəli doğru addımlayacağıq. Yəni, istənilən nəticə bizi ruhdan salmamalıdır.
- Sizinlə qarşılaşmada “Qarabağ”a mütləq üç xal lazımdır. Bu amil sizi narahat etmir ki?
- Uşaqdan böyüyə kimi hamı bilir ki, “Neftçi” həm zəif, həm də güclü klubla qarşılaşmaya eyni səviyyədə yanaşır. Hər bir oyuna axırıncı görüş kimi çıxırıq. Ona görə də bu amil bizi narahat etmir.
- Rəqibinizin heyətində hansı futbolçuyla mübarizədə daha diqqətli olursan?
- Mənim üçün fərqi yoxdur. Hansı olursa-olsun, mübarizəmi aparıram. Rəqibin nə qədər güclü futbolçusu varsa, ona qarşı daha çox motivasiya olursan.
- Əzəli rəqibiniz olan “Xəzər Lənkəran”ın xalının geri qaytarılmasına münasibətin necə oldu?
- Birincisi, onu deyərdim ki, bu xal “Xəzər Lənkəran”ın hesabından silinməməliydi. Lakin alınıb, sonradan geri verilməsi də düzgün deyil. Sanki gizlənpaç oynayırlar. Onların xalını alınanda da bunu düzgün hesab etmədim. Belə bir qərarlar həm onlara, həm də digər klublara çox təsir göstərdi. Əgər alınmışdısa, təzədən geri verməməliydilər. Mən bundan ziyan çəkən digər klubları nəzərdə tuturam, özümüzü yox. Ancaq neyləmək olar, bu da FİFA-nın bir qərarıydı. Bunu heç gözləməzdik.
- Vəziyyət belə olan təqdirdə çempion olmaq şanslarınız nə dərəcədədir?
- “Xəzər Lənkəran” altı xal geri düşdü və ya, 11 xal, bunun bizim üçün fərqi yoxdur. Biz heç nəyə baxmırıq. Çempionluq yolunda öz oyunumuzu oynayacağıq. Mən deyə bilmərəm ki, bizə kimsə mane ola bilməz. Bu, futboldur, hər şey ola bilər. Biz beşinci yerdə getsək belə, geridə qalan oyunlara yüz faizlik nəticə üçün çıxacağıq.
Əli HƏYATİ
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil