Yannik Kamanan – Viktor Mendi – Abdulkader Kamara üçlüyünü məşq prosesində də, meydançadan kənarda da tez-tez birlikdə görmək mümkündür. Fransız dili vasitəsilə rahat anlaşan futbolçuların yaxın münasibətinə xitabən “aralarından su sızmır” ifadəsini işlətsək, yəqin ki yanılmarıq. Elə Antalyadakı təlim-məşq prosesi barədə fikir öyrənərkən də trionu bir-birindən ayırmamaq qərarına gəldik.
- Hazırlıq prosesi necə gedir?
Y.K: Məşqlər gözəl keçir. Premyer Liqanın oyunlarına hazır olmaq üçün çox ciddi çalışırıq. Hər şey öz axarı ilə davam edir. Artıq yeni komandamla iki oyuna çıxmışam. İlk oyun mənim üçün biraz çətin oldu. Çünki bir-birimizi meydanda o qədər də yaxşı tanımırdıq. Amma getdikcə aramızdakı anlaşma güclənir. Vacib matçlara iki həftəyə yaxın vaxt qalıb. Bu dövrü dəyərləndirib tam komplektləşəcəyik.
V.M: Çox gərgin hazırlıq prosesi gedir. Yeni baş məşqçi gəldikdən sonra komandada çox müsbət dəyişikliklər baş verdi. Kollektivdə psixoloji vəziyyət dəyişib, özünəinam artıb. Təlim-məşq dönəmində də bu müsbət dinamika davam edir.
A.K: Hazırlıqlara çox yaxşı start verdik və hər şey gözəl davam edir. İlk iki hazırlıq matçında məğlub olsaq da, komanda inamlı təsir bağışladı. Qarşıda daha 3 oyunumuz var. Bu səhvlərimizi görmək üçün gözəl şansdı.
- Komanda çempionata nə dərəcədə hazırdı?
Y.K: Hazırda komandanın çempionat oyunlarına hazır olub-olmaması barədə fikir söyləyə bilmərəm. Biz bunu liqanın ilk oyununda görəcəyik. Mən bu gün hazır olduğumuzu deyə bilərəm, amma vacib oyunda uduzsaq sözlərimin yanlış olduğu ortaya çıxar. Ona görə də komandanın gücünü görmək üçün çempionatı gözləməliyik. Mən hazır olduğumuzu deyə bilərəm, amma başqa bir komanda yoldaşım da mənimlə razılaşmaya bilər. Futbol komanda oyunudu. Bütün kollektiv özünü hazır hiss etdiyi zaman hazır olduğumuzu deyə bilərik.
V.M: Hazırkı təlim-məşq toplanışı çempionata hazırlaşmağımızda vacib rol oynayır. Bizim hədəfimiz var və ona nail olmalıyıq. Meydançadan kənarda deyib-gülə, əylənə bilərik. Amma meydança daxilində tam fərqli oluruq. Üzərimizə düşən məsuliyyəti anlayırıq. Biz “Qəbələ”ni təmsil edirik və bunu özümüzə və klubun adına layiq nümayiş etdirməliyik. Komanda günü-gündən gücünə güc qatır. İndiki hazırlıq durumumuz barədə konkret fikir bildirə bilmərəm. İnanıram ki, hazırlıq prosesinin sonunda tam formalaşmış “Qəbələ” görəcəksiniz.
A.K: Kamanan da komandaya qoşulduqdan sonra heyətimiz biraz da güclənib. Mən zədəmi yenicə sağaltmışam və yavaş-yavaş formaya düşürəm. İnanıram ki, yaxın vaxtlarda məni də meydançada tam hazır vəziyyətdə görəcəksiniz. O ki qaldı komandanın indiki hazırlıq durumuna buraya gəldiyimiz ilk günlə müqayisədə böyük fərq var.
- Sizi bir-birinizdən çox nadir hallarda ayrı görmək mümkündür. Bu dostluq nədən qaynaqlanır?
Y.K: Mendi və Kamara çox çılğın insanlardır. Bir böyük kimi onların qeydinə qalmalıyam (gülürlər). Hər zaman hansısa kluba gedəndə orada özünə yaxın bir neçə futbolçu tapırsan. Mendi il Kamara məhz belə futbolçulardandır. Eyni dildə danışırıq. Mənim bütün futbolçularla əla münasibətim var. Onlar məni ilk gündən çox xoş qarşıladılar. Düşərgəmizdə super atmosfer var. Komandadakı bütün futbolçularla dil tapa bilirəm. Kimisi ilə ingiliscə, kimisi ilə fransızca, kimisi ilə də türkçə anlaşırıq.
V.M: Mənim kollektivdəki bütün futbolçularla münasibətim yaxşıdı. O ki qaldı Kamananla Kamaraya, fransızdilli olduğumuz üçün rahat anlaşırıq. Biz burada kiçik ailə kimiyik.
A.K: Onlar mənim qardaşlarımdı. Yaxın münasibətlərimiz var. Bizə 3 qardaş da deyə bilərsiniz.
Mənbə: "Qəbələ" klubunun rəsmi saytı
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq
Millidə debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"
Bugünkü oyunları yayımlayacaq kanallar
Niderland millisindən tarixi antirekord
Başından top zərbəsi alan futbolçu vəfat etdi
Xavi: “Bu, biabırçılıqdır”
“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası