Bu axşam İspaniya kubokunda 1/4 final mərhələsinin növbəti cavab görüşləri keçirilib. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 2 qarşılaşma baş tutub.
Bütün dünyanın diqqəti yenidən Barselonaya yönəlib. Burada iki əzəli rəqib - "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gəlib.
Madriddə baş tutan ilk görüşdə "Barselona"nın 2:1 hesabı ilə qalib gəlməsi, bu oyuna olan marağı daha da artırırdı. "Kral klubu" yarımfinala adlamaq üçün bu görüşdə mütləq qələbə qazanmalı idi. Əks təqdirdə "Real" titulunu qoruya bilməyəcəkdi.
Lakin ilk hissənin sonlarına doğru qapısında qol görən "Real" fasiləyə 0:2 hesabı ilə məğlub yollanıb. İkinci hissədə dönüş yaradan "kral klubu" son nöqtəni qoya bilməyib və "Barselona" növbəti mərhələyə adlayıb.
Günün digər qarşılaşmasında isə "Malyorka" öz meydanında "Atletiko" (Bilbao) klubunu qəbul edib. Səfərdə rəqibinə 0:2 hesabı ilə məğlub olan "Malyorka"nın işi heç də asan görünmürdü. Lakin "Malyorka" öz meydanında da rəqibinə məğlub olub - 0:1.
Qeyd edək ki, kubokun 1/4 final mərhələsinin cavab görüşlərinə sabah keçiriləcək "Levante" - "Valensiya" matçı ilə yekun vurulacaq.
24 yanvar
İspaniya kubokunda 1/4 final oyunları
"Mirandes" - "Espanyol" - 2:1 (ilk oyun - 2:3)
Qollar: Fonte, 47 (0:1), İnfante, 57 (1:1), Fernandez, 90 (2:1)
25 yanvar
23:00. "Malyorka" - "Atletik" (Bilbao) - 0:1 (ilk oyun - 0:2)
Qol: Ramis, 76-avtoqol (0:1)
01:00. "Barselona" - "Real" (Madrid) - 2:2 (ilk oyun - 2:1)
Qollar: Pedro, 43 (1:0), Dani Alveş, 45+1 (2:0), Ronaldo, 68 (2:1), Benzema, 72 (2:2)
26 yanvar
"Levante" - "Valensiya" (ilk oyun - 1:4)
Stadionda meyit tapıldı
Qırmızı vərəqə ona baha başa gəldi
Premyer Liqadan getdi, ərəb klubuna keçdi
"Qarabağ" - "Tvente" matçının biletləri satışa çıxarıldı
"Hapoel" - "Sabah" matçının heyətləri açıqlandı
PSJ-nin matçı təxirə salına bilər
“Qalatasaray” onu hədəfə aldı
Güləşçimiz dünya çempionu oldu
Borclara görə klubu sərt cəza gözləyir
Manedən doğma ölkəsinə böyük yatırım
Harri Keyndən ikinci “Qızıl buts” - Şəkil
Meydana daxil olan azarkeş Qattini zədələdi
“Komandamızda “Qarabağ”la oyunun həyəcanı çox böyükdür”
La Liqada yeni mövsümün ilk oyununu buraxacaq
Luka Modriçin qızı “Real”ın akademiyasına qoşuldu
"Fənərbaxça"dan Premyer Liqa klubuna - Rəsmi
"Aston Villa" iki transfer açıqladı
“Roma” 19 yaşlı yarımmüdafiəçi transfer etdi
"Qarabağ" Niderlanda yollandı - Şəkillər
Mourinyo: "O, yadplanetlidir"
“Napoli” İtaliya millisinin müdafiəçisini icarəyə götürdü
Qurban Qurbanovdan tənqidlərə cavab - Video
Poqba ilə müqaviləyə xitam verildi - Rəsmi
"Hapoel" - “Sabah” oyunu bu kanalda
Sefas “Tvente”yə qarşı oynayacaqmı? - Qurbanovdan açıqlama
"Yuventus" qapıçı transfer etdi
Dünyanın ən yaxşı müdafiəçiləri - Siyahı
Füllkruq "Verder"ə qayıtdı
SSKA “Qarabağ”dan 2 milyon avro tələb edir
“Fənərbaxça”nın futbolçusundan ÇL-də möhtəşəm qol - Video
“Hapoel”in kapitanı “Sabah”la oyun haqda danışdı