Blatter ölkəmizdə keçiriləcək dünya çempionatından danışdı

Blatter ölkəmizdə keçiriləcək dünya çempionatından danışdı
GÜNDƏM 24 Yanvar 2012 / 15:27 2185
-  A +

“17 yaşadək qadınlar arasında keçiriləcək dünya çempionatına hazırlıqla bağlı görülən işlərdən çox razıyıq. Hazırlıq prosesinin gedişatı FİFA-nı tam qane edir. Mən buna əvvəldən də əmin idim. Çünki Azərbaycanda idmanın, o cümlədən futbolun inkişafı ilə bağlı görülən işlər buna geniş zəmin yaradır. Əgər dünya çempionatlarına ev sahibliyi etmək istəyən bütün ölkələr belə çalışsalar, o zaman təşkilati işlərlə bağlı heç bir problemlə qarşılaşmarıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri FİFA prezidenti Yozef Blatter deyib.

“Dövlətinizin başçısı İlham Əliyevlə bizim dostluq əlaqələrimiz var və onun idmanın inkişafı naminə necə böyük səylə çalışdığını yaxşı bilirəm. Azərbaycanda dünya çempionatının keçiriləcəyi ilin “İdman ili” elan olunması onu göstərir ki, ölkəniz bu mötəbər turnirə həqiqətən də böyük önəm verir. Onu da qeyd edim ki, bu qərardan təkcə futbol deyil, digər idman növləri də yetərincə faydalana biləcək. Bu isə ümumi mənada xalqın xeyrinədir. Çünki idman da mədəniyyətin bir növüdür. Buna görə də sizi xoşbəxt xalq hesab edirəm. Hər birinizə uğurlar arzulayıram. Bu ilin sentyabr ayında görüşənədək” – deyə o əlavə edib.

Mənbə: affa.az

Daha çox


Son xəbərlər
05.07.25  12:04

O pulu ailəsi alacaq