Yanvarın 19-da Almaniyanın "İnqolştadt 04" klubuyla yoldaşlıq görüşündən (0:4) sonra “Bakı”nın latviyalı baş məşqçisi Aleksandr Starkov Qol.Az-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin suallarını cavablandırıb
- Dalbadal iki oyundur ki, komandanız böyükhesablı məğlubiyyətə uğrayır. Bunun səbəbini nədə görürsünüz?
- Problem ondadır ki, komandamızın oyununda vəziyyət yaxşı deyildi. Hücumda və müdafiədə problemlərimiz vardı. Ona görə də əvvəlcə Hollandiya, sonra isə Almaniyanın güclü klublarına uduzduq. Belə rəqiblərlə oyunda problem olur və çoxlu qollar buraxırsan.
- Elə isə niyə məhz bu cür rəqibləri seçdiniz?
- Çünki onlardan öyrənmək lazımdır. Bu, bizə həm oyun mənasında yaxşıdır, həm də təcrübəli futbolçularımız daha çox öyrənir. Təbii ki, böyük hesabla uduzmaq xoş deyil. Amma bu mövsüm göstərəcək ki, biz hazırlıq prosesində doğru seçim etmişik, ya yox.
- Komandanızda baxışda olan serbiyalı Vukaşin Tomiçin bugünkü oyunu haqda fikirləriniz necədir?
- O, özünü pis tərəfdən göstərmədi. Yaxşı keyfiyyətləri var. Güclü müdafiəçidir.
- Onunla müqavilə imzalanacaq, yoxsa bu haqda danışmaq hələ tezdir?
- Tezdir. Çünki Tomiçi hələ daha çox sınaqdan çıxarmalıyıq.
- Bəs, bundan sonra “Bakı”ya yeni gələnlər olacaq?
- Artıq iki futbolçuyla müqavilə imzalamışıq. Amma hələ adlarını açıqlamaq istəmirəm. Çünki hazırda sənədləşdirmə işləri gedir. Onu deyə bilərəm ki, bu futbolçulardan biri müdafiəçi, digəri yarımmüdafiəçidir.
- Heç olmasa, hansı ölkədən olduğunu açıqlaya bilərsiniz?
- Yox, bunu da deməyəcəyəm. Əlavə olaraq onu söyləyə bilərəm ki, bizə əlavə bir hücumçu da lazımdır. Biz bu məsələni mövsümün başlanğıcına qədər həll etməliyik.
- Zədəli Uinston Parksın yoxluğu komandanızın oyununa nə dərəcədə təsir etdi?
- Parks bizim lider futbolçularımızdandır. Onun oynamaması əlbəttə ki, öz sözünü dedi. Almanlarla qarşılaşmada çatışmayan cəhətimiz futbolçuların sərt və fərdi mübarizələrdə uduzmalarıydı. Taktika baxımından isə hər şey qaydasındaydı. Amma belə oyunlarda təcrübə toplayırıq.
- “Xəzər Lənkəran”ın futbolçusu Julius Vobayın “Bakı”ya keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
- Mən bu haqda eşitməmişəm.
- Bəs, əgər futbolçu azad agent olsa necə, onu komandanızda görmək istərdiniz?
- Olmayan şey haqda danışmaq istəmirəm.
- Ümumiyyətlə, bundan sonra “Bakı” neçə oyunçu transfer etmək niyyətindədir?
- Daha iki-üç oyunçu alacağıq.
- Bəs, bundan sonra kimlərləsə yolları ayırmaq fikriniz var?
- Artıq adları mətbuata açıqlanan bir neçə futbolçuyla münasibətləri kəsmişik. Onlardan başqa gedən olmayacaq.
- Aleksandar Şoliçi komandadan göndərəcəyiniz haqda da məlumat yayılıb.
- Bu məsələ gündəmdə deyil.
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi