AZAL İran klubu ilə görüşdə qələbəni əldən verdi (FOTOLAR)

AZAL İran klubu ilə görüşdə qələbəni əldən verdi (FOTOLAR)
XƏBƏR 20 İyul 2011 / 12:50 1960
-  A +

İyul ayının 16-dan etibarən Qızılcahamamda təlim-məşq toplanışına cəlb olunan AZAL dünən ilk yoxlama oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, İran təmsilçisi "Fulad"la qarşılaşan "təyyarəçilər" oyundan heç-heçə ilə ayrılıb.

Matçda hesabı 21-ci dəqiqədə AZAL-ın bolqarıstanlı legioneri Enyo Krastovçev açıb. Enyo 43-cü dəqiqədə də rəqib qapısına yol tapıb.

Fasilədə baş məşqçi Elxan Abdullayev heyətdə dəyişiklik edib. O ikinci hissədə əsasən gənclərə və baxışa çağrılan oyunculara şans verdiyindən rəqib oyunda dönüş yarada bilib.

Onlara həm də iranlı hakimlərin simpatiyası da kömək edib. Nəticədə AZAL-a 2 top vuran "Fulad" hesabda tarazılıq yaradıb. Beləliklə, ilk yoxlama oyununda AZAL meydançanı heç-heçə ilə tərk edib - 2:2.



AZAL İran klubu ilə görüşdə qələbəni əldən verdi (FOTOLAR)

 
AZAL İran klubu ilə görüşdə qələbəni əldən verdi (FOTOLAR)
 
AZAL İran klubu ilə görüşdə qələbəni əldən verdi (FOTOLAR)
 
AZAL İran klubu ilə görüşdə qələbəni əldən verdi (FOTOLAR)
 

Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
topaz banner