11 ildən sonra meydana qayıdan Ronaldinyodan emosional paylaşım

11 ildən sonra meydana qayıdan Ronaldinyodan emosional paylaşım
DÜNYA FUTBOLU 17 Noyabr 2026 / 09:00 152
-  A +

Əfsanəvi futbolçu Ronaldinyo 11 illik fasilədən sonra yenidən rəsmi futbol matçında iştirak edib. 

QOL.az xəbər verir ki, 46 yaşlı braziliyalı hücumçu "Ravenna"nın heyətində İtaliya C seriyasının 14-cü turunda “Forli” ilə görüşdə oynayıb. Qarşılaşma “Ravenna”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Ronaldinyo sosial şəbəkə hesabında bununla bağlı paylaşım edərək təəssüratlarını bölüşüb:

“Yenidən rəsmi matçda oynamaqdan çox xoşbəxtəm. Bir neçə il istirahət etdim, amma artıq geri qayıtmağın vaxtı çatıb. Komanda yoldaşlarımla birlikdə bu möhtəşəm günü yaşamaq və dolu stadionda meydana çıxmaq inanılmaz idi. Şübhəsiz ki, bu, həyatımın xüsusi anıdır.

Bilirsiniz ki, özümə meydan oxumağı və yeni, az adamın sınadığı şeyləri etməyi sevirəm. Bu adrenalin, meydançanın qoxusu və topla yenidən görüşmək həmişə xüsusi hissdir.

Bu arzumun gerçəkləşməsinə inandıqları üçün dostlarım Lorenso, İqnatsio və Cüzeppe Çiprianoya, həmçinin “Ravenna”nın bütün komandasına təşəkkür edirəm. İtaliyanı və bütün dünyanı fəth etmək üçün çalışmağa davam edəcəyik. Əminəm ki, doğru yoldayıq.

Bu unudulmaz axşam üçün bütün azarkeşlərə, xüsusilə də məni dəstəkləmək və yaxşı futbol matçı izləmək üçün uzaqdan gələnlərə təşəkkür edirəm. Komandamız yüksək liqaya yüksəlmək üçün böyük səy göstərdi. Tezliklə görüşərik, ailəm!”

Qeyd edək ki, Ronaldinyo bundan əvvəl son rəsmi oyununu 2015-ci ildə “Fluminense”nin heyətində keçirmişdi.


Qarabağ FK
Son xəbərlər
16.11.26  13:19

Yamal onu təhqir etdi

topaz banner