“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu

“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
ÇEMPİONLAR LİQASI 4 Noyabr 2026 / 18:00 1897
-  A +

“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxıb.

QOL.az xəbər verir ki, Adino Mustedanaqiçin rəhbərlik etdiyi komanda Norveçdə “Vikinq”in müvafiq yaş qrupu ilə üz-üzə gəlib. Görüş Norveç təmsilçisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qollları Nordbö Middelton (3), Frimponq (6), Kvelvane (32, 40 - penalti) və Sandaker Hagen (48) vurublar.

Hazırda “Sabah” turnir cədvəlində 4 oyundan 0 xalla sonuncu - 36-cı, "Vikinq" isə 9 xalla 6-ci yeri tutur.

Xatırladaq ki, bu klubların əsas komandaları UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda bu gecə Bakı vaxtı ilə saat 00:00-da "Viking Stadium"da üz-üzə gələcəklər. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner