"Qarabağ" və "Zirə" xal itirdi

"Qarabağ" və "Zirə" xal itirdi
PREMYER LİQA 31 Oktyabr 2026 / 19:20 14216
-  A +

Misli Premyer Liqasında 10-cu tur davam edir. 

QOL.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.

“Araz-Naxçıvan” Şamaxıda “Zirə”ni qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Qəbələ” isə doğma divarlar arasında “Qarabağ”ı sınağa çəkib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Misli Premyer Liqası

X tur

31 oktyabr (şənbə)

17:30. “Qəbələ” - “Qarabağ” - 0:0
Hakimlər:
Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nazim Abdullayev, Cavid Cəlilov (VAR), Kamran Bayramov (VAR)
Qəbələ şəhər stadionu

15:00. “Araz-Naxçıvan” - “Zirə” - 2:2

Qollar: Patrik Adrade, 22 (1:0), Ağadadaş Salyanski, 62 (2:0), Eren Aydın, 69 (2:1), Mehdi Mişahşah, 87 (2:2)
Hakimlər: Elvin Bayramov, Rəhman İmami, Rahil Ramazanov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Zeynal Zeynalov (AVAR)
Şamaxı şəhər stadionu

1 noyabr (bazar)

15:00. “Şamaxı” - “Neftçi” 

17:30. “Kəpəz” - “İmişli”

2 noyabr (bazar ertəsi)

19:00. “Sumqayıt” - “Şəfa”

30 oktyabr (cümə)

“Turan Tovuz” - “Sabah” - 3:2 

Bombardirlər:

Breno Almeyda ("Neftçi") - 8 qol

Coy-Lens Mikels ("Sabah") - 6 qol

Aleksey Kaşuk ("Qarabağ") - 4 qol

Joarlem Santos ("Turan Tovuz") - 4 qol

Daha çox


Qarabağ FK
Son xəbərlər
31.10.26  13:03

"Kəpəz"da ciddi itki

30.10.26  20:00

Mourinyo, Simeone...

topaz banner