“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda sabah Dortmund “Borussiya”sını qəbul edəcək.
QOL.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas oyundan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Rəqib iki oyundur qol vura bilmir. Bu amil onlara əlavə motivasiya verəcək?
- Bu, bizim üçün yaxşı xəbər deyil. Düz qeyd etdiniz ki, sabahkı oyuna daha çox köklənəcək və qol vurmaq üçün əllərindən gələni edəcəklər. Amma mən komandama inanıram. “Borussiya” Almaniyanın və dünyanın ən böyük klublarından biridir. Çox yaxşı baş məşqçiləri var. Bizi çətin oyun gözləyir.
Çempionlar Liqasında hər qarşılaşma bizə təcrübə qazandırır, nələrisə öyrədir. Sabah da çox şey öyrənəcəyik. “Borussiya” yüksək səviyyədə pressinq edən komandadır. Qarşımızda ciddi çətinliklər var. Çempionlar Liqasında asan oyun olmur. Sabahkı matçı səbirsizliklə gözləyirəm.
- Xəyal Əliyev matça hazırdır?
- İnanıram ki, hazırdır. Heyətimizdə 20-dən çox futbolçu var və hamısı oynamağa hazırdır. Son qərarı bugünkü məşqdən sonra verəcəyik.
- Ötən oyundan fərqli olaraq sabah “Sabah”ın azarkeşlərlə dolu tribunalar önündə oynaması gözlənilir. Bu amil komandanın meydandakı çıxışına və nəticəyə necə təsir edə bilər?
- Əlbəttə, dolu tribunalar önündə oynamaq bizim üçün xoşdur. Azarkeşlərimiz bizə dəstək olur, enerji verirlər. Qələbə şansımız barədə danışmaq istəmirəm. Məni daha çox komandamın meydandakı çıxışı düşündürür. Belə oyunlarda kiçik detallar böyük əhəmiyyət daşıyır. Əsas odur ki, diqqətli olaq və oyuna köklənək.
Qeyd edək ki, “Sabah” - “Borussiya” görüşü oktyabrın 20-də Bakıda keçiriləcək və yerli vaxtla saat 20:45-də başlanacaq.
Səfərdə 700-cü qol
Zamiq Əliyevin klubundan inamlı qələbə
“Real” Joze Mourinyoya əvəzləyici axtarır
Anatoli Nuriyevin komandası xal itirdi
Çempionlar Liqası matçını buraxacaqlar
"Yüksək yerlər uğrunda oynasaq..." - Azər Məmmədov
"Kəpəz" - "Zirə" matçından - Video
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
“Kəpəz” - “Zirə” matçında heç-heçə, "İmişli"dən qələbə
“Barselona”nın hazırlıq planı pozuldu
“Borussiya”nın futbolçusu sıradan çıxdı
"İmişli" "Turan Tovuz"u belə məğlub etdi - Video
AFFA Region Liqasının püşkü atıldı
2-ci liqada 8-ci tura start verildi
“Rəhbərliklə bunu müzakirə etməmişəm” - "İmişli"nin məşqçisi
“Hər dəfə qol vurmaq mümkün olmur” - Kurban Berdıyev
“Kəpəz” - “Zirə” matçının heyətləri açıqlandı
“Napoli”də 20 ilin antirekordu
Azərbaycan karateçilərindən dünya çempionatında 5 medal
Misli Premyer Liqasında 12 oyunun saatı açıqlandı
Messi həmin Messidir - Video
"İmişli" - "Turan Tovuz": Heyətlər