Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi
DÜNYA FUTBOLU 15 Oktyabr 2026 / 22:15 578
-  A +

Kosova Superliqasında 9-cu turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Malişeva" doğma meydanda "Priştina" komandasını qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.   

Görüşdə hesabı 29-cu dəqiqədə "Malişeva"nın futbolçusu Cemal İbişi açıb. Qonaqlar isə 76-cı dəqiqədə Assan Diattanın vurduğu qolla tarazlığı bərpa ediblər.   

Həmyerlimiz Vüsal İsgəndərli də matça start heyətində  başlayıb. Bu nəticədən sonra "Malişeva" 20 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner