Cerrard Poçettinonu tənqid etdi: "Hörmətsizlikdir"

Cerrard Poçettinonu tənqid etdi: "Hörmətsizlikdir"
DÜNYA FUTBOLU 24 Noyabr 2026 / 09:45 211
-  A +

İngiltərə millisinin və “Liverpul”un keçmiş kapitanı Stiven Cerrard “Mançester Yunayted”in baş məşqçisi Maurisio Poçettinonu tənqid edib.

QOL.az "Metro"ya istinadən xəbər verir ki, o, Harri Maquayrın “Liverpul”la matçda start heyətində yer almamasını düzgün qərar hesab etməyib:

“Düşünürəm ki, müdafiəçilərin seçimində səhvə yol verdi. Ötən ilin noyabrından bəri oynamayan futbolçunu belə bir matça buraxmaq... Başa düşürəm ki, yeni baş məşqçi dəyişikliklər etmək istəyir, amma hazırda Maquayr onların ən yaxşı müdafiəçisidir. Matteys de Liqt uzun müddət oynamayıb, Maquayr isə start heyətində olmalı idi.

O, meydana sonradan daxil olduqdan sonra oyunu dəyişdi, əla müdaxilə etdi və qolun qarşısını aldı. O, çalışır, əlindən gələni edir, hər zaman ideal oynamasa da. Lakin onu ehtiyatda saxlamaq və Matteys de Liqti daha üstün tutmaq, məncə, hörmətsizlik nümayiş etdirməkdir”.

Qeyd edək ki, "Mançester Yunayted"in 0:4 hesabı ilə uduzduğu bu oyundan sonra “Liverpul” 21 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 4-cü, "qırmızı şeytanlar" isə 8 xalla 19-cu pillədə qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
23.11.26  14:54

La Liqaya haker hücumu

topaz banner