Hakim Ziyeşin yeni klubu məlum oldu

Hakim Ziyeşin yeni klubu məlum oldu
XƏBƏR 7 Sentyabr 2026 / 14:25 472
-  A +

Mərakeş millisinin futbolçusu Hakim Ziyeş karyerasını Braziliyada davam etdirəcək.

QOL.az xəbər verir ki, 33 yaşlı vinger “Botafoqo” ilə razılığa gəlib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər 1 illik müqavilə imzalamağa hazırlaşırlar.

Ziyeşin son klubu “Vidad Kasablanka” (Mərakeş) olub.. O, karyerası ərzində “Ayaks”, “Çelsi” və “Qalatasaray”ın da formasını geyinib.

Mərakeş millisində 64 oyuna çıxan futbolçu 25 qola imza atıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner