Emreli oynadı, komandası uduzdu

Emreli oynadı, komandası uduzdu
DÜNYA FUTBOLU 6 Sentyabr 2026 / 21:52 2944
-  A +

Polşa çempionatında 7-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə "Lex" (Poznan) komandasının qonağı olub. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşün taleyini həll edən yeganə qolu 71-ci dəqiqədə P.Rodrigesin ötürməsindən sonra L.Benqtsson rəqib qapısından keçirib.

Qeyd edək ki, Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və sonadək meydanda olub.


Qarabağ FK
Son xəbərlər
27.10.26  10:27

30 il sonra...

27.10.26  02:13

PSJ ilin klubu seçildi

topaz banner