Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu

Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
DÜNYA FUTBOLU 6 Sentyabr 2026 / 21:32 1342
-  A +

“Hall Siti” İngiltərə Premyer Liqasında qol buraxmayan yeganə komanda olub.

QOL.az xəbər verir ki, “Hall Siti” İngiltərə Premyer Liqasının 3-cü turunda “Aston Villa” ilə qolsuz heç-heçə edib - 0:0. Bu nəticədən sonra Acun Ilıcalının klubu cari mövsümdə çempionatda hələ də qol buraxmayan yeganə komanda olaraq qalır. Bu gün keçirilən “Arsenal” - “Çelsi” matçında meydan sahiblərinin qapısına qol vurulduqdan sonra bu göstəricidə “Hall Siti” liderliyini qoruyub.

“Hall Siti” mövsümə “Mançester Yunayted” (2:0) və “Koventri Siti” (1:0) üzərində qələbələrlə başlayıb. Komanda növbəti turda, sentyabrın 12-də səfərdə “Çelsi” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Hall Siti” 7 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner