Nərimanın komandasından növbəti qələbə

Nərimanın komandasından növbəti qələbə
DÜNYA FUTBOLU 5 Sentyabr 2026 / 20:36 819
-  A +

Türkiyə Super Liqasında 4-cü turun oyunları keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi "Ərzurumspor" doğma meydanda "Konyaspor"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qol 17-ci dəqiqədə vurulub. Q.Qiorbelidzenin ötürməsini dəqiq tamamlayan E.Tozlu komandasına 3 xal qazandıran topa imza atıb.

Nəriman Axundzadə bu görüşdə meydana çıxmayıb, matçı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, "Ərzurumspor" 4 xalla 14-cü pillədə yer alıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner