Premyer Liqa klubundan baş məşqçi qərarı

Premyer Liqa klubundan baş məşqçi qərarı
DÜNYA FUTBOLU 5 Sentyabr 2026 / 14:18 278
-  A +

İngiltərənin “Hall Siti” klubu baş məşqçisi Sergey Yakiroviçlə yeni müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, 49 yaşlı bosniyalı mütəxəssislə yeni sözləşmə 2028-ci ilin iyununun sonuna qədər nəzərdə tutulub. Müqavilədə daha bir mövsüm uzadılma bəndi də yer alıb.

Yakiroviç 2025/26 mövsümünün əvvəlində “Hall Siti”nin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda Çempionşipdə 6-cı yeri tutub və pley-off mərhələsində qalib gələrək Premyer Liqaya yüksəlib.

Qeyd edək ki, “Hall Siti” türkiyəli iş adamı Acn Ilıcalıya məxsusdur.


Qarabağ FK
Son xəbərlər
topaz banner