“Hapoel" (Beer-Şeva) ilə “Sabah” arasında sabah keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu İsrail mediasının diqqət mərkəzindədir.
QOL.az xəbər verir ki, sports.walla.co.il saytında dərc olunan yazıda bildirildiyinə görə, “Hapoel"in baş məşqçi Ran Kojak ilk matçda “Srvena Zvezda”nı sensasion şəkildə məğlub edən eyni 11 futbolçunu meydana buraxacaq.
Yazıda qeyd edilir ki, “Hapoel" bu həftənin bazar ertəsindən Rumıniyadadır. Oyun çərşənbə günü Buxarestdəki “Rapid” stadionunda keçiriləcək (UEFA münaqişə səbəbindən İsrail klublarının ev oyunlarını doğma meydanda keçirməsinə qeyri-müəyyən müddətə qadağa qoyub - QOL.az).
Futbolçular bildirirlər ki, uzun müddətdir belə həyəcan yaşamayıblar. Sayta danışan komandanın üzvlərindən biri bildirib: “Bu, hətta ötən həftə Serbiyada, Belqradın "Srvena Zvezda"sına qarşı yaşadıqlarımızı da kölgədə qoyur. İlk oyuna 48 saatdan çox vaxt qalıb, amma heç kim matç və vəziyyət barədə düşünməkdən uzaqlaşmır”.
“Hapoel Beer-Şeva”nın heyətinin ötən həftə Belqradda meydana çıxan futbolçulardan ibarət olması gözlənilir. Şənbə günü “Hapoel Hayfa” ilə Toto Kuboku matçında start heyətində şans qazanan futbolçulardan heç biri Ran Koçuku start “11-liyi” dəyişməyə vadar etməyib. Əksinə, baş məşqçi oyunun sonunda “Hapoel Beer-Şeva”nın nümayiş etdirdiyi futboldan çox qəzəbli olub.
Yazılanlar təsdiqlənsə, Ofir Marsiano qapıda yerini qoruyacaq. Müdafiədə Qay Mizrahi və Pedro Amador, mərkəz müdafiəsində Migel Vitor və İtay Rotman, yarımmüdafiədə Lukas Ventura, Eliyel Perets və Niv Yehoşua, hücumda isə sağda Ceyvon İst, solda Zahi Əhməd və forvard mövqeyində İqor Zlatanoviç oynayacaq.
O da qeyd edilir ki, Rumıniyanın paytaxtında küçələrdə artıq böyük həyəcan yaşanır. İsrail çempionunun azarkeşləri vacib matç üçün şəhərə gəlməyə başlayıblar.
Xatırladaq ki, “Sabah” “Hapoel”lə ilk matçı avqustun 19-u Rumıniyanın Buxarest şəhərində, cavab oyunu isə avqustun 25-də Bakıda keçirəcək.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev