UEFA prezidenti Aleksander Çeferin FIFA rəhbərliyində dəyişiklik edilməsi və Canni İnfantinonun prezident vəzifəsindən getməsi istiqamətində addımlar ata bilər.
QOL.az xəbər verir ki, talkSPORT-un məlumatına görə, Çeferin UEFA Superkuboku zamanı Avropa Futbol Klubları Assosiasiyasının rəhbəri Nasser Əl-Xelaifi və Afrika Futbol Konfederasiyasının prezidenti Patris Motsepe ilə bu məsələni müzakirə edib.
Çeferinin FIFA-nın idarəetmə modelinin dəyişməsini istədiyi və İnfantinonun növbəti müddətə prezident seçilməsinin qarşısını almağa çalışdığı bildirilir.
UEFA-da narazılıq yaradan məsələlərdən biri İnfantinonun FIFA Forward Enterprise layihəsi olub. Bu təşəbbüs özəl investorların dünya çempionatının kommersiya hüquqlarında pay əldə etməsini nəzərdə tuturdu. FIFA sonradan layihədən imtina edib.
Məlumata görə, UEFA FIFA prezidentliyinə alternativ namizədləri də nəzərdən keçirir. Onların arasında KONKAKAF prezidenti Viktor Montalyani və Asiya Futbol Konfederasiyasının rəhbəri Şeyx Salman bin İbrahim Əl-Xəlifənin adları çəkilir.
İnfantino isə hazırda vəzifəsindən getmək niyyətində deyil. Norveç Futbol Federasiyası onu açıq şəkildə istefaya çağırsa da, Afrika və Argentina futbol qurumları FIFA prezidentinə dəstək veriblər.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video