Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) azarkeşlər üçün təqdim etdiyi yeni rəqəmsal futbol məhsulu — APL Fantasy platformasına maraq sürətlə artır. Platformada qeydiyyatdan keçən istifadəçilərin sayı artıq 10 min nəfəri ötüb.
QOL.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.
APL Fantasy, eyni zamanda, həm Google Play, həm də App Store platformalarında Azərbaycanda “İdman” kateqoriyası üzrə 1-ci pilləyə yüksəlib. Bu göstəricilər Azərbaycan futbolsevərlərinin yeni rəqəmsal məhsula olan yüksək marağını və platformanın qısa müddət ərzində qazandığı populyarlığı nümayiş etdirir.
APL Fantasy Azərbaycan Premyer Liqasının azarkeşlərinə öz futbol biliklərini sınamaq, virtual komanda qurmaq, digər iştirakçılarla rəqabət aparmaq və mövsüm ərzində müxtəlif mükafatlar qazanmaq imkanı yaradır. İştirakçılar Premyer Liqanın real futbolçularından ibarət komandalarını formalaşdıraraq hər turun nəticələrinə uyğun xallar toplayır və ümumi reytinqdə daha yüksək mövqelər uğrunda mübarizə aparırlar.
Platformanın ilk mühüm göstəricilərinin Azərbaycan Premyer Liqasının yeni — 2026/27 mövsümünün başlaması ərəfəsində əldə olunması xüsusi əhəmiyyət daşıyır. Yeni mövsüm 14 avqust tarixində “Turan Tovuz” – “Qəbələ” oyunu ilə start götürəcək. Beləliklə, futbolsevərlər yeni çempionatla yanaşı, APL Fantasy-də də öz komandalarını quraraq mövsümün ilk turundan etibarən mübarizəyə qoşula biləcəklər.
Mövsüm ərzində APL Fantasy iştirakçılarını müxtəlif mərhələlər üzrə mükafatlar gözləyir. Qaliblər hər turun nəticələrinə əsasən, aylıq reytinqlər üzrə və mövsümün yekununda müəyyən ediləcəklər. Azərbaycan Premyer Liqasının 33 turluq mövsümünün sonunda isə ən uğurlu iştirakçılar xüsusi və dəyərli baş mükafatlar uğrunda mübarizə aparacaqlar.
AFFA-nın yeni rəqəmsal məhsulunun əsas məqsədi Azərbaycan futboluna marağı daha da artırmaq, azarkeşlərin çempionatla qarşılıqlı əlaqəsini gücləndirmək və futbolsevərlərə müasir, interaktiv futbol təcrübəsi təqdim etməkdir.
AFFA bütün futbolsevərləri APL Fantasy-yə qoşulmağa, öz komandalarını qurmağa və 2026/27 mövsümünü daha maraqlı və interaktiv şəkildə izləməyə dəvət edir.
APL Fantasy-nin imic çarxı burada
APL Fantasy haqqında daha ətraflı məlumat əldə etmək və oyuna qoşulmaq üçün rəsmi platformadan istifadə edə bilərsiniz:
APL Fantasy: https://aplfantasy.az/
Instagram səhifəsi burada
TikTok səhifəsi burada
YouTube səhifəsi burada
Telegram səhifəsi burada
Facebook səhifəsi burada
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi