ABŞ prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinonun vəzifədən mümkün gedişini səhv addım adlandırıb.
QOL.az xəbər verir ki, Tramp "Truth Social" hesabında İnfantinonu müdafiə edib.
"FİFA hansısa səbəbdən Canni İnfantinonu vəzifəsindən göndərməyi nəzərdən keçirsə, dəhşətli səhvə yol verər. İnfantino möhtəşəmdir. O, əvvəlkilərdən dörd dəfə daha uğurlu olan dünya çempionatının keçirilməsinə rəhbərlik edib. İnfantino getsə, dünya çempionatları bir daha uğurlu olmayacaq və gəlir gətirməyəcək", - deyə Tramp yazıb.
Qeyd edək ki, İnfantino 2016-cı ildən FIFA-ya rəhbərlik edir. İsveçrəli funksioner 2019 və 2023-cü illərdə bu vəzifəyə yenidən seçilib.
Xatırladaq ki, son vaxtlar qurumun hazırkı prezidenti Canni İnfantinonun vəzifəsindən göndəriləcəyinə dair xəbərlər yayılıb. Daha əvvəl bəzi KİV-lər İnfantinonun qarşıdakı FİFA prezident seçkiləri öncəsi ABŞ siyasətçilərinin dəstəyini qazanmağa çalışdığı barədə məlumat yaymışdı. ABŞ dövlət katibinin köməkçisi Dilan Conson isə həmin xəbərlərin həqiqəti əks etdirmədiyini bildirmişdi.
“Kəpəz” bəyanat yaydı
Həyat yoldaşı vəfat etdi
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi