"Neftçi"nin hücumçusu "Araz-Naxçıvan"da

"Neftçi"nin hücumçusu "Araz-Naxçıvan"da
XƏBƏR 10 Avqust 2026 / 14:01 632
-  A +

“Araz-Naxçıvan” “Neftçi”nin hücumçusu Ağadadaş Salyanskini heyətinə cəlb edib.

QOL.az xəbər verir, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinəcək. 22 yaşlı forvardla anlaşma 1 illikdir.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner