"Zirə" "Payde" ilə üz-üzə - Yenilənir

"Zirə" "Payde" ilə üz-üzə - Yenilənir
AVROKUBOKLAR 30 İyul 2026 / 08:00 984
-  A +

Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə yekun vurulacaq.

QOL.az verir ki, Azərbaycan təmsilçisi "Zirə" də mərhələnin cavab matçına çıxacaq.

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Sumqayıtda "Payde"ni qəbul edəcək. Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da start götürəcək. Komandaların Estoniyadakı ilk oyununda "Zirə" rəqibinə uduzub - 0:1

Cütün qalibi 3-cü mərhələdə  "Rapid"lə (Avstriya) qarşılaşacaq.

30 iyul

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu

20:00. "Zirə" (Azərbaycan) – "Payde" (Estoniya)
(İlk oyun: 0:1)

Baş hakim: Patrik Kolariç (Xorvatiya)

Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu .

Daha çox


Son xəbərlər
topaz banner