Çiçaritonun yeni klubu müəyyənləşdi

Çiçaritonun yeni klubu müəyyənləşdi
XƏBƏR 27 İyul 2026 / 21:58 780
-  A +

Meksikalı veteran hücumçu Xavyer Ernandesin yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

"Çiçarito" ləqəbi ilə tanınan 38 yaşlı futbolçu ABŞ-nin "Atletiko Dallas" klubu ilə anlaşıb. O, 2027-ci ildən Çempionşipdə çıxış edəcək yeni yaradılmış komandanın tarixində ilk transfer olub.

Tərəflər arasında imzalanacaq müqavilə 1 il müddətinə nəzərdə tutulub.

Bildirilib ki, Ernandes yaxın vaxtlarda Dallasa köçəcək. Təcrübəli hücumçu 2027-ci il mövsümündə meydana çıxsa da, bundan əvvəl klubun formalaşdırılması prosesində iştirak edəcək və təcrübəsini komanda ilə bölüşəcək.

Qeyd edək ki, Xavyer Ernandes son olaraq Meksikanın "Qvadalaxara" klubunda çıxış edib. Müqaviləsi başa çatdıqdan sonra o, azad agent statusu almışdı.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

topaz banner