Makqreqor bir illik sıradan çıxıb

Makqreqor bir illik sıradan çıxıb
XƏBƏR 27 İyul 2026 / 14:57 251
-  A +

Keçmiş UFC çempionu Konor Makqreqor amerikalı Maks Hollouey ilə döyüşdə aldığı zədəyə görə bir il ərzində döyüşə bilməyəcək.

QOL.az xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt mətbuat konfransında bildirib.

“Makqreqor bir illik sıradan çıxıb”, – o qeyd edib.

Konor Makqreqorun 5 illik fasilədən sonra ilk döyüşündə - Las-Veqasda keçirilən UFC turnirində görüş başladıqdan 65 saniyə sonra texniki nokautla Holloueyə məğlub olub. İrlandiyalı idmançı ilk saniyələrdə dizini zədələyib və döyüşü davam etdirə bilməyib.

Uaytın sözlərinə görə, Makqreqorun dizinin ön çarpaz bağı zədələnib.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

topaz banner