Bu gün Bakıda güləş üzrə U-17 dünya çempionatı start götürür.
QOL.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçiriləcək iyulun 27-dən avqustun 2-dək davam edəcək. Yarışda yunan-Roma, qadın və sərbəst güləş növləri üzrə dünyanın ən güclü yeniyetmə idmançıları mübarizə aparacaqlar.
Çempionatın ilk üç günündə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. İyulun 30-31-də qadın güləşi, avqustun 1-2-də isə sərbəst güləş yarışları keçiriləcək.
Builki dünya çempionatı iştirakçı sayına görə tarixə düşəcək. Beynəlxalq Güləş Federasiyasının məlumatına görə, yarışda 52 ölkədən bütün çəki dərəcələri üzrə 675 güləşçi qeydiyyatdan keçib ki, bu da U-17 dünya çempionatları tarixinin rekord göstəricisidir. Turnirə ümumilikdə 1100-dən çox qonağın gələcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan ev sahibi kimi yarışda bütün növlər üzrə tam heyətlə təmsil olunacaq. İlk yarış günündə saat 10:30-da təsnifat görüşləri başlayacaq. Rəsmi açılış mərasimi saat 17:15-də keçiriləcək. Bundan sonra yarımfinal qarşılaşmaları baş tutacaq.
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”
Azərbaycanı Asiya kubokunda onlar təmsil edəcəklər
Laporta "El-Klasiko"dakı məğlubiyyətdən danışdı