"Real" onunla razılaşdı

"Real" onunla razılaşdı
DÜNYA FUTBOLU 26 İyul 2026 / 19:38 582
-  A +

Madrid "Real"ı "Leyptsiq"in cinah oyunçusu Yan Diomandenin transferinə yaxındır.

QOL.az xəbər verir ki, bu barədə insayder Ben Ceykobs məlumat yayıb.

Mənbənin iddiasına görə, Madrid təmsilçisi 19 yaşlı futbolçunun keçidi ilə bağlı "Leyptsiq"lə prinsipial razılıq əldə edib. Fil Dişi Sahilindən olan vinger isə daha əvvəl "Real"la 5 illik müqavilənin şərtlərini razılaşdırıb.

Diomande 2025-ci ilin yayından "Leyptsiq"də çıxış edir. O, ötən mövsüm Bundesliqada keçirdiyi debüt mövsümündə 12 qol vurub, 8 məhsuldar ötürmə edib.


Son xəbərlər
25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner