Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır

Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
DÜNYA FUTBOLU 26 İyul 2026 / 15:10 472
-  A +

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu hücumçu axtarışlarını davam etdirir.

QOL.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Səudiyyə təmsilçisi hazırda "Bavariya"nın vingeri Luis Diasla danışıqlar aparır. Klub kolumbiyalı futbolçuya vergilər çıxıldıqdan sonra illik təxminən 25 milyon avro maaş təklif etməyə hazırdır.

Qeyd olunub ki, "Əl-Hilal" hələlik "Bavariya" ilə danışıqlara başlamayıb və əvvəlcə 29 yaşlı futbolçu ilə razılıq əldə etməyə çalışır.

Bildirilib ki, klubun yay transfer pəncərəsi üçün ümumi büdcəsi 350 milyon avronu ötür. Luis Dias keçidə razılıq verərsə, "Əl-Hilal" onun transferi üçün 105-132 milyon avro ödəməyə hazırdır.


Son xəbərlər
25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner