"Əl-Hilal"dan 64 milyon avroluq transfer

"Əl-Hilal"dan 64 milyon avroluq transfer
DÜNYA FUTBOLU 25 İyul 2026 / 19:30 659
-  A +

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

QOL.az xəbər verir, "Vest Hem"dən Krisensio Sammervill transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Niderlandlı vinger üçün İngiltərə klubuna 64 milyon avro təzminat ödənilib. 24 yaşlı futbolçu ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Niderland millisinin üzvü 2025/26 mövsümündə "Vest Hem"in heyətində 34 rəsmi matçda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.

"Əl-Hilal"da Kərim Benzema, Darvin Nunyes, Yassin Bunu, Joao Kanselu, Teo Hernandes, Ruben Neves, Sergey Milinkoviç kimi tanınmış futbolçular da çıxış edir.


Son xəbərlər
topaz banner