"Milan"ın Modriç qərarı bilindi

"Milan"ın Modriç qərarı bilindi
DÜNYA FUTBOLU 22 İyul 2026 / 12:47 462
-  A +

Luka Modriç "Milan"la müqaviləsini yeniləməyə yaxındır.

QOL.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

40 yaşlı futbolçu kluba şifahi razılıq verib. Modriçin 4,5 milyon avro maaşla 1 mövsümlük müqavilə imzalayacağı bildirilir.

Xatırladaq ki, xorvatiyalı yarımmüdafiəçi 2025-ci ilin iyulundan "Milan"da çıxış edir. O, bu komanda ilə 37 matçda meydanda olub 2 qol vurub, 3 qol ötürməsi edib.


Son xəbərlər
topaz banner