“Neftçi” 2026/27 mövsümündə UEFA Konfrans Liqasındakı mübarizəyə başlayıb.
QOL.az xəbər verir ki, “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”su ilə üz-üzə gəlib. Bakıdakı “8-ci kilometr” stadionunda keçirilən görüşə əvvəlcə "Neftçi" erkən qollarla başlasa da, sonradan 4 qol buraxaraq uduzub.
Hazırda “Dinamo” 14 turdan sonra Belarus çempionatının lideridir.
Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək.
Xatırladaq ki, “Neftçi” avrokuboklarda (Konfrans Liqası) sonuncu dəfə 2023/24 mövsümündə çıxış edib.
Əlavə edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Zirə” isə növbəti oyununu sabah Estoniyada yerli “Payde”yə qarşı keçirəcək.
20:00. "Neftçi" - "Dinamo" - 2:4
Qollar: Emin Mahmudov, 2, İqor Ribeyro, 8 - Karen Vardenyan, 36, 57, Yevgeni Malaşeviç, 47, Quljiqit Alıkulov, 77
Baş hakim: Kostas Fellas, Kipr
(8-ci km stadionu)
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşdi
"Rəqibin kimliyindən asılı olmayaraq mübarizə apardıq"
“Sumqayıt”ın “Mehdi Hüseynzadə”yə qayıdış vaxtı bilindi
Vengerlə Bakıdakı görüşdə kimlər iştirak etdi? - Şəkillər
“Mançester Yunayted”də böhran dərinləşir
Harri Keyn "Qarabağ"a qolu belə vurmuşdu - Video
Mbappenin açıqlaması Çin şirkəti ilə əməkdaşlığına son qoyub
“Komandamızda gərginlik var” - Əfran İsmayılov
De la Fuente: “Yamal çoxlu ‘Qızıl top’ qazanacaq”