İspaniya millisinin müdafiəçisi Pedro Porro 2026-cı il dünya çempionatının finalında Argentina ilə keçirəcəkləri oyun barədə danışıb.
QOL.az xəbər verir ki, o, COPE-yə açıqlamasında qarşılaşmanın çox çətin keçəcəyini bildirib.
"Çox çətin oyun bizi gözləyir. İlk dəqiqədən son dəqiqəyədək gərgin mübarizə olacaq. Argentina təkcə fiziki cəhətdən güclü komanda deyil. Onların çox sayda yüksək səviyyəli futbolçusu var və əksəriyyəti Avropada çıxış edir.
Mənim üçün Messi bütün dövrlərin ən yaxşı futbolçusudur. Deyərdim ki, onu dayandırmaq mümkün deyil.
Ona görə də ilk növbədə öz oyunumuza köklənməliyik. Fransa ilə matçda da məhz belə etmişdik. Rəqibin güclü tərəflərini zərərsizləşdirməyə çalışdıq, amma əsas diqqəti öz çıxışımıza yönəltdik".
Qeyd edək ki, İspaniya – Argentina arasında dünya çempionatının final görüşü bu gün, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat