Kabo-Verde millisinin qapıçısı Vozinya DÇ-2026-dan sonra gələcəyi və ölkəsində futbolçuların üzləşdiyi çətinliklərdən danışıb.
QOL.az xəbər verir ki, o, "CBS Mornings"ə müsahibəsində uşaqlıq arzusunu həyata keçirməyin ölkəsində çox çətin olduğunu bildirib:
"Uşaqlıqdan peşəkar futbolçu olmağı arzulayırdım. Amma bizim ölkədə bunu reallaşdırmaq çox çətindir. Afrikalılar olaraq viza problemləri yaşayırıq. İstedadlı futbolçularımız çoxdur, lakin Kabo-Verdedə çıxış edəndə səni heç kim görmür".
Təcrübəli qolkiper ölkədə futbolun inkişafı üçün lazımi şəraitin olmadığını da vurğulayıb:
"Bizdə nə lazımi infrastruktur, nə də uyğun şərait yoxdur. İstedadlı futbolçular çoxdur, amma əvvəlki kimi Avropaya getmək imkanı yoxdur. Halbuki inkişaf etmək üçün böyük klubların olduğu mühitə düşmək vacibdir".
Gələcəyi ilə bağlı danışan Vozinya karyerasını davam etdirmək istədiyini bildirib:
"Ən azı daha bir-iki il oynamaq istəyirəm. Hər şey formada olmağımdan asılı olacaq, çünki sabah nə olacağını heç kim bilmir. Ümid edirəm ki, məni marketinq aləti kimi yox, futbolçu kimi dəyərləndirəcək bir komanda tapacağam".
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı