Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı

Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
KONFRANS LİQASI 10 İyul 2026 / 13:25 1267
-  A +

Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin də formasını geyindiyi “Malişeva” Konfrans Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.

QOL.az xəbər verir ki, Kosovo təmsilçisi səfərdə Albaniya “Vlajniya”sı ilə üz-üzə gəlib. Görüşdə “Vlajniya” 2:1 hesablı qələbə qazanıb. 

Vüsal da bu matçda iştirak edib. O, meydana 64-cü dəqiqədə Vlamir Nafiunun əvəzinə çıxıb.

Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı iyulun 16-da Kosovoda keçiriləcək.

“Vlajniya” - “Malişeva” - 2:1

Qollar: Qato, 37, Musta, 56 - Hiyland, 4

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner