PSJ-nin baş məşqçisi Luis Enrike doğma şəhəri Xixonda onun adını daşıyan ictimai məkanın açılış mərasimində kövrək anlar yaşayıb.
QOL.az xəbər verir ki, "Foot Mercato"nun məlumatına görə, "El Rincón Verde" çimərliyi ispaniyalı mütəxəssisin şərəfinə adlandırılıb. Enrike çıxışı zamanı Asturiyaya və Xixona bağlılığından danışarkən göz yaşlarını saxlaya bilməyib.
O, həmçinin valideynlərinə və həyat yoldaşına təşəkkür edib, onların aşıladığı dəyərləri övladlarına ötürdüklərini və ailəsi ilə fəxr etdiyini bildirib.
16 il sonra yenidən...
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil