Portuqaliya millisinin baş məşqçisi Roberto Martines DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda Kolumbiya ilə qolsuz bərabərə qaldıqları matçda (0:0) Kriştiano Ronaldonu niyə axırı qədər oynatdığını açıqlayıb.
QOL.az xəbər verir ki, 41 yaşlı hücumçu qrup mərhələsində keçirdiyi hər üç oyunda 90 dəqiqə meydanda olub. Martines mətbuat konfransında Norveç millisində Erlinq Halaand, Argentina yığmasında isə Lionel Messiyə müəyyən istirahət verilməsi ilə bağlı müqayisəyə münasibət bildirib.
“Biz futbolçularımızı digər millilərin oyunçuları ilə müqayisə etmirik. Bu, uşaq yanaşması olardı.
Kriştiano meydanda harada və nə vaxt olmalı olduğunu çox yaxşı bilir. Onun üçün psixoloji sabitliyi qorumaq, intizamlı oynamaq və hücumlarımız üçün boşluqlar yaratmaq daha vacibdir.
Ronaldonun 90 dəqiqə oynaması problem deyil. Ola bilsin ki, növbəti matçda nəyisə dəyişək. Amma bu, istənilən futbolçuya aiddir. Artıq 21 meydan oyunçusundan istifadə etmişik və oyun vaxtını hamı arasında bölüşdürürük.
Matçlardan və məşqlərdən sonra topladığımız bütün məlumatları diqqətlə təhlil və lazım gəldikdə dəyişikliklər edirik. Hazırda optimal fiziki formada olmayan futbolçular var. Topladığımız bütün göstəricilər düzgün qərarlar verməyimizə kömək edir”, - deyə Martines bildirib.
Qeyd edək ki, Ronaldo qrup mərhələsində keçirdiyi 3 oyunda 2 qol vurub. O, hər iki qolu Özbəkistan millisi ilə görüşdə (5:0) rəqib qapısından keçirib. Portuqaliya 1/16 finalda Xorvatiya ilə üz-üzə gələcək.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video