Uruqvay millisinin yarımmüdafiəçisi Aqustin Kanobbio DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunda İspaniyaya qarşı keçirilən oyunda (0:1) etdiyi hərəkətə görə uzunmüddətli diskvalifikasiya ilə üzləşə bilər.
QOL.az xəbər verir ki, futbolçu qarşılaşmanın 90+4-cü dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra baş hakim İsmail Elfata fiziki təmas göstərib.
FİFA-nın İntizam Məcəlləsinə əsasən, matçın rəsmi şəxslərinə qarşı qeyri-idman hərəkətləri minimum 4 oyunluq, hədə-qorxu və təhdidlər minimum 10 oyunluq, fiziki hücum isə minimum 15 oyunluq diskvalifikasiya ilə cəzalandırılır.
Kanobbionun hansı müddətə cəzalanacağı hakim və nümayəndələrin hesabatlarından sonra FİFA-nın İntizam Komitəsinin qərarı ilə müəyyənləşəcək.
Qeyd edək ki, Uruqvay millisi 2 xalla H qrupunda 3-cü yeri tutaraq dünya çempionatı ilə vidalaşıb.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video