Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa DÇ-2026 ilə erkən vidalaşmalarını emosional şəkildə şərh edib.
QOL.az xəbər verir ki, argentinalı mütəxəssis İspaniyaya 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bütün məsuliyyəti öz üzərinə götürüb.
“Bu dünya çempionatında Uruqvayın çıxışına görə məsuliyyət daşıyan şəxs mənəm. İnsanların məyusluğunu mənə yönəltməsi tamamilə normaldır. Bunu qəbul etməliyəm”, - deyə o bildirib.
Byelsa komandasının oyun baxımından daha çox xal toplamağa layiq olduğunu vurğulayıb:
“Səhvlərimiz oldu. Qol vəziyyətləri yaratsaq da, onları qola çevirə bilmədik. Buraxdığımız qolların çoxunun qarşısını almaq olardı. Bütün bunlara baxmayaraq, oyuna görə qiymətləndirsək, 7 xal toplamalı idik”.
Təcrübəli çalışdırıcı öz fəaliyyətini də sərt dəyərləndirib: “Mən Uruqvay futboluna heç nə qoyub getmədim. Məşqçinin işi nəticə ilə ölçülür. Seçmə mərhələdə dördüncü olmaq da, Amerika Kubokunda üçüncü yer tutmaq da əhəmiyyət daşımır. Bu mundialdakı çıxışımız isə ümumiyyətlə, şərhə ehtiyac duymur. Mənim dövrümü xatırlayanda deyəcəklər ki, arxamca heç nə qalmadı”.
Byelsa həmçinin bildirib ki, qapıçı Fernando Muslera fasilədə meydanı tərk etmək qərarını özü verib.
Qeyd edək ki, Uruqvay millisi qrup mərhələsində Səudiyyə Ərəbistanı (1:1) və Kabo-Verde (2:2) ilə heç-heçə edib, İspaniyaya isə 0:1 hesabı ilə uduzaraq cəmi 2 xalla qrupda qalıb və mundialla vidalaşıb.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video